2024-cü ilin fevralın 14-də müstəqil Azərbaycanın müasir tarixində daha bir əlamətdar hadisəyə şahidlik etdik. Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Andiçmə mərasimində cənab Prezident yaddaşlarımıza həkk olunan nitqində Azərbaycanın yaxın və perspektiv inkişafına dair bir çox taleyüklü məsələlərə toxundu. Əminik ki, hər bir azərbaycanlı bu nitqi böyük qürur hissi ilə dinlədi. Möhtərəm Prezidentimiz İlham Əiiyevin rəhbərliyi ilə son 20 ildə müasir müstəqil Azərbaycanın istisnasız bütün ictimai-iqtisadi sahələrdəki inkişafı, əldə olunmuş möhtəşəm nailiyyətlər, ən önəmlisi Azərbaycan xalqının tarixi Qarabağ Zəfəri hər bir azərbaycanlını qəlbini yüksək fəxarət hissi ilə doldurur. 5 il öncə bəlkə də heç birimiz 2024-cü ildə bu uğurlara şahid olacağımızı xəyal belə etmirdi. Xalqımız, bizim nəsil sözün əsl mənasında tarixin yazılmasına şahidlik etdi və hər birimiz bu gözəl işlərə şahidlik etməyə davam edirik. 2020-ci il müasir müstəqil Azərbaycanın traixinə qızıl hərflərlə həkk olundu, müzəffər Ali Baş Komandan, ölkə başçıısı İlham Əliyevin rəhbərliyi ilə xalqımız 30 illik əzəli Vətən torpağı həsrətinə son qoydu və nəhayət illər sonra sahiblərinin həsrətində olan torpaqlarda azan səsi eşidildi, torpağa Azərbaycanlı əsgərin, xalqımızın nümayəndələrinin ayağı dəydi. Bütün bu qürur, fəxrli anlar, duyğular üçün biz Prezidentimiz, sevimli Liderimiz İlham Əliyevə minnətdarıq. Prezidentimiz bütün dünyaya Azərbaycanın və xalqımızın gücünü, qələbə əzmini, haqq səsini çatdırdı. Cənab Prezidentin çıxışında daha bir önəmli məqam ölkəmizin gələcək inkişafı ilə bağlı qeyd olunanlar idi. Bəli, ölkəmiz inkişaf etməyə davam edir, ildən-ilə inşallah daha da yüksək nailiyyətlərimiz, qələbələrimiz olacaq. Biz xalq olaraq Liderimizin rəhbərliyi ilə gələcəyə inamla baxırıq və Azərbaycanın bundan sonra da dünyada günəş kimi parlayacağına əminik.
Əfəndiyeva Aygün
132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi