132-134 nömrəli Təhsil Kompleksində bu gün Rus bölməsi üzrə bütün VIII sinif şagirdlərinin iştirakı və Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabənin rəhbərliyi ilə “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda tədqiqat layihəsi təqdim olundu. Layihə çərçivəsində məktəblilər komandalara bölünərək aşağıdakı mövzuları araşdırdılar:
1) Zibil qalaqlarının azaldılması;
2) Yaşıllaşdırma;
3) Su hövzələrinin təmizliyinin qorunması;
4) Havanın çirklənməsinin qarşısının alınması;
5) Yaşadığınız ərazilərin təmizliyi;
6) Şəhəri zəhərli qazlardan qorumaq üçün ictimai nəqliyyat vasitələrinin istifadəsində mümkün dəyişikliklər
Hər bir komanda iki həftə müddətində araşdırdıqları mövzu üzrə maketlər, məlumat broşürləri və plakatlar hazırladılar. Komandalar mövzu ilə bağlı öyrəndikləri məlumatları və əldə olunan nəticələri interaktiv təqdimat formatında maketlər əsasında təqdim etdilər.
Dərsdə mövzu ilə bağlı “Ekosistem nədir və necə qorunmalıdır?” mövzusunda diskussiya təşkil olundu.
Layihə rəhbəri: Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabə