XƏBƏRLƏR
şərh yoxdu

Mayın 15-də 132-134 nömrəli Təhsil Kompleksində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici və məlumatlandırıcı tədbir keçirildi.

Səbail rayon Polis İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Hafiz Təmirov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq məsələləri şöbəsinin nümayəndəsi Həsən Əliyev, Respublika Narkoloji Mərkəzin psixoloqu Leyla Qarayeva və yuxarı sinif şagirdləri iştirak etdilər.

Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənildi, daha sonra yetkinlik yaşına çatmayan yeniyetmələri maraqlandıran suallar ətrafında profilaktik söhbət keçirildi. Kompleksin şagirdlərini mövzu ilə bağlı maraqlandıran suallar ətraflı cavablandırıldı.

Tədbirdə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış və narkomaniya ilə bağlı bütün dəhşətləri özündə əks etdirən maarifləndirici videoçarx nümayiş olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.