XƏBƏRLƏR
şərh yoxdu

Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər iştirak ediblər. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2700 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. 132-134 nömrəli Təhsil Kompleksinin 2 nəfər şagirdinin – Azərbaycan bölməsi “9 c” sinif şagirdi Rzayeva Cəmilənin (Rəhbər: Kompleksin Tarix müəllimi Xəlilova Pərvanə)  və “8 b” sinif şagirdi Axundova Zəhranın (Rəhbər: Kompleksin Tarix müəllimi Səmədova Tünzalə) referatları Konfransda qalib seçilən 60 referat sırasındadır.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Aparıcılardan biri 132-134 nömrəli Təhsil Kompleksinin şagirdi Rzayeva Cəmilə olub. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2700 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.