XƏBƏRLƏR

Bu gün, Azərbaycan bölməsi 9-10-cu sinif şagirdlərinin iştirakı ilə 18 Oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “dəyirmi masa” təşkil olundu. “Dəyirmi masa” ətrafında mövzu ilə bağlı çıxışlar edən məktəblilər Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etməsi tarixindən, Azərbaycan xalqının əsrlər boyu ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən siyasətindən, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı tarixi Qarabağ Zəfərindən və ölkə başçısının uzaqgörən diplomatiyası nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasından qürurla danışdılar. Vurğulandı ki, müstəqillik xalqımızın milli dəyəridir və bu gün Azərbaycanın şanlı üçrəngli Dövlət Bayrağının ölkəmizin bütün şəhər və rayonlarında dalğalanması xalqımızın müstəqillik və mübarizliyinin rəmzidir.

“Dəyirmi masa” Kompleksin direktor müavini Şəfəq Şirinova və Tarix müəllimi Aygün Əfəndiyevanın rəhbərliyi ilə təşkil olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.