XƏBƏRLƏR

Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunan ustad dərsləri

Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi bu gün keçirilən ustad dərslərini Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr edib. 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinə öncə M.Ə.Rəsulzadə şəxsiyyəti, onun zəngin həyat yolu, fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra isə məktəblilər şəddə texnikasında Azərbaycan bayrağı əks olunmuş qolbaqlar toxuyublar.

XƏBƏRLƏR

Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar

7 fevral 2024-cü ildə Azərbaycanda Zəfər seçkisi keçirildi. Seçkidə xalqımız Prezident İlham Əliyevə etimadını, məhəbbətini, dəstəyini bir daha nümayiş etdirdi. Bu başqa cür ola da bilməzdi. Çünki, Azərbaycanın son 20 ildə inkişafı, əldə olunmuş bütün nailiyyətlər, tarixi Qarabağ Zəfəri məhz möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.

Qarabağın azad olunmağı hər bir azərbaycanlının arzusu idi. 44 günlük qısa müddətdə bu böyük arzunun reallaşması sözsüz ki, Azərbaycan Liderinin və Ali Baş Komandanının siyasi iradəsi, qətiyyəti, Azərbaycan ordusunun hərbi hazırlığı, ən müasir sialhlarla təminatı və Azərbaycan xalqının birliyi, qələbə əzminin nəticəsi oldu. Cənab Prezident də dəfələrlə qeyd edib ki, hərbi texnika, silah-sursat təminatı əsas olsa da, cəbhədə döyüşən, düşmənə qalib gələn, Azərbaycan bayrağını azad olunmuş ərazilərdə sancan qəhrəman Azərbaycan əsgəridir. Bu əsgərlər, gənclər də məhz cənab İlham Əliyevin hakimiyyəti dövründə yetişən, böyüyən, Vətən sevgisi ilə formalaşan gənclər idi. Ölkədə aparılan siyasət milli-mənəvi dəyərlərimizə sadiq, tarixini, xalqının milli mirasını, mədəniyyətini bilən, Vətən uğrunda gözünü qırpmadan düşmənin üzərinə şığıyan mərd Vətən övladları yetişdirdi. Çox zaman gənclərimizi tənqid edən, öncəki nəsillərlə müqayisə edənlər də yanıldıqlarını etiraf etdilər və bu gənclərin qəhrəmanlığını xalq olaraq hamı alqışladı.

Cənab Prezidentin 14 fevral tarixində keçirilən andiçmə mərasimində ölkə başçısı tarixi nitqində bu məsələyə bir daha toxundu. Gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərələrimizə sadiq böyüməsinin əhəmiyyəti bir daha vurğulandı. Bu məsələdə böyük yük əlbəttə ki, ümumi təhsil müəssisələrinin, məktəb müəllimlərimizin üzərinə düşür. Erkən yaşlardan yeniyetmələrə düzgün Vətən sevgisi hisslərini aşılamaq, sözün əsl mənasında gənclərimizdə azərbaycançılıq, mərdlik, sədaqət, etibarlılıq, döyüşkənlik və mübarizə ruhunu formalaşdırmaq müasir müəllimlərin ən ümdə amalıdır. Hər birimiz çalışıdığımız sahədə ölkəmizdə gedən bu möhtəşəm işlərə töhfələrimizi vermək üçün əlimizdən gləni etməliyik. Əminik ki, Azərbaycanımızın gələcəyi parlaqdır və xalqımız bundan sonra hər zaman firavan və qalib xalq kimi yaşayacaq.

Nəsirova Qətibə
132-134 nömrəli Təhsil Kompleksinin Coğrafiya müəllimi

XƏBƏRLƏR

Azərbaycanda demokratik ənənələrin dərinləşməsinə xidmət edən növbəti seçki təcrübəsi

07 fevral tarixində ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirildi. Bu seçkilər xalqımız və dövlətimiz üçün olduqca əlamətdar oldu. İlk növbədə, qeyd etmək lazımdır ki, bu seçkilərin ərazi bütövlüyü bərpa olunmuş müasir müstəqil Azərbaycanın bütün ərazisində keçirilməsi ən qürurverici məqamlardan biridir. Bu seçki dövlətimizin inkişaf tarixində 20 illik dövrün sanki hesabatı oldu. Xalqımız yenidən Prezidentimizə etimad etdi, böyük sevgi və əminliklə cənab Prezidentimizə səs verdi. Cənab İlham Əliyev mütləq səs çoxluğu ilə bu seçkinin də qalibi oldu. Bu seçki nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazada siyasi dialoq mühitinin, demokratik ənənələrin dərinləşməsinə xidmət edən növbəti təcrübə oldu. Seçki günü insanlar böyük ruh yüksəkliyi ilə səsvermədə iştirak etdi. Hər kəs səmimi qəlbdən xalqımıza tarixi nailiyyətlər qazandıran, Azərbaycanı sözün əsl mənasında müstəqil qalib dövlətə çevirən Liderinə səs verdi.

Bu seçkinin daha bir əlamətdar xüsusiyyəti cənab Prezidentin Xankəndidə səs verməsi idi. 14 fevral tarixində Milli Məclisdə keçirilən andiçmə mərasimində dövlət başçısının nitqində Xankəndidə səs verməsi ilə bağlı qeyd etdiklərini hər birimiz qürurla dinlədik. Bəli, məhz Xankəndidə bu səsvermənin keçirilməsi öz əlamətdarlığı ilə seçildi. Cənab Prezidentin qeyd etdiyi kimi, “Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.” Bu sözləri böyük qürur və duyğu ilə dinlədik. Biz Liderimizlə fəxr edirik. Azərbaycan heç vaxt bugünkü qədər güclü və müstəqil olmayıb. Əminik ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq və firavanlıq şəraitində yaşayacaq.

Manaflı Gülər
132-134 nömrəli Təhsil Kompleksinin İngilis dili müəllimi

XƏBƏRLƏR

Sağlam həyat tərzinin təbliği, düzgün qidalanma və hər idman növünün spesifik xüsusiyyətləri haqqında maarifləndirmə işləri davam edir

132-134 nömrəli Təhsil Kompleksində məktəblilər arasında sağlam həyat tərzinin təbliği, sağlam qidalanma və hər idman növünün spesifik xüsusiyyətləri haqqında maarifləndirmə işləri mütəmadi davam etdirilir.

İdman uşaqların təkcə fiziki deyil, eyni zamanda psixoloji sağlamlığının təməlidir. Xüsusən də, yeniyetmə yaşda olanların idmana yönləndirilməsi çox vacibdir. Bu, hər şeydən əvvəl uşağın pis vərdişdən uzaq durması, gələcəkdə sağlam olması baxımından önəmlidir. Sağlam həyat tərzi üçün eyni zamanda düzgün və sağlam qidalanma, eləcə də hər yaş dövrü üçün zəruri günlük qida rasionların qəbuluna diqqət edilməlidir.

Təhsil Kompleksinin psixoloqları Əhmədova İnarə və Quliyeva Aytən bu gün VI sinif şagirdləri ilə görüşdülər və “Olimpiadaya hazırlıq – mən hansı idman növünü sevirəm? İdmanla məşğul olan yeniyetmə necə qidalanmalıdır?” mövzusunda söhbətlər təşkil etdilər. Söhbət zamanı psixoloqlar sağlamlıq, gigiyena qaydaları, düzgün qidalanma, idmançıların psixoloji hazırlığı, yarış anı və yarış sonrası, qalibiyyət və məğlubiyyət, beyin fiziologiyası ve idmançı performansı, empatiya ve idman, hədəfə istiqamətlənmə mövzularında şagirdlərə məlumat verir və onların suallarını cavablandırırlar.

XƏBƏRLƏR

Zəfər seçkisi

2024-cü ilin fevralın 14-də müstəqil Azərbaycanın müasir tarixində daha bir əlamətdar hadisəyə şahidlik etdik. Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Andiçmə mərasimində cənab Prezident yaddaşlarımıza həkk olunan nitqində Azərbaycanın yaxın və perspektiv inkişafına dair bir çox taleyüklü məsələlərə toxundu. Əminik ki, hər bir azərbaycanlı bu nitqi böyük qürur hissi ilə dinlədi. Möhtərəm Prezidentimiz İlham Əiiyevin rəhbərliyi ilə son 20 ildə müasir müstəqil Azərbaycanın istisnasız bütün ictimai-iqtisadi sahələrdəki inkişafı, əldə olunmuş möhtəşəm nailiyyətlər, ən önəmlisi Azərbaycan xalqının tarixi Qarabağ Zəfəri hər bir azərbaycanlını qəlbini yüksək fəxarət hissi ilə doldurur. 5 il öncə bəlkə də heç birimiz 2024-cü ildə bu uğurlara şahid olacağımızı xəyal belə etmirdi. Xalqımız, bizim nəsil sözün əsl mənasında tarixin yazılmasına şahidlik etdi və hər birimiz bu gözəl işlərə şahidlik etməyə davam edirik. 2020-ci il müasir müstəqil Azərbaycanın traixinə qızıl hərflərlə həkk olundu, müzəffər Ali Baş Komandan, ölkə başçıısı İlham Əliyevin rəhbərliyi ilə xalqımız 30 illik əzəli Vətən torpağı həsrətinə son qoydu və nəhayət illər sonra sahiblərinin həsrətində olan torpaqlarda azan səsi eşidildi, torpağa Azərbaycanlı əsgərin, xalqımızın nümayəndələrinin ayağı dəydi. Bütün bu qürur, fəxrli anlar, duyğular üçün biz Prezidentimiz, sevimli Liderimiz İlham Əliyevə minnətdarıq. Prezidentimiz bütün dünyaya Azərbaycanın və xalqımızın gücünü, qələbə əzmini, haqq səsini çatdırdı. Cənab Prezidentin çıxışında daha bir önəmli məqam ölkəmizin gələcək inkişafı ilə bağlı qeyd olunanlar idi. Bəli, ölkəmiz inkişaf etməyə davam edir, ildən-ilə inşallah daha da yüksək nailiyyətlərimiz, qələbələrimiz olacaq. Biz xalq olaraq Liderimizin rəhbərliyi ilə gələcəyə inamla baxırıq və Azərbaycanın bundan sonra da dünyada günəş kimi parlayacağına əminik.

Əfəndiyeva Aygün
132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi

XƏBƏRLƏR

Dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anım günü münasibətilə “Zaman və məkana qalib gələn dahi” adlı nümunəvi dərs – Rus bölməsi “3 c” sinifi

Rus bölməsi “3 c” sinifində 10 fevral – dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anım günü münasibətilə “Zaman və məkana qalib gələn dahi” adlı nümunəvi dərs keçirildi.

Məktəblilər dahi şairin həyat yolu və yaradıcılığına həsr olunan təqdimatlarla çıxış etdilər, posterlər hazırladılar və şairə həsr olunan xüsusi guşə tərtib etdilər.

Pedaqoq: Qəniyeva Sevda

 

XƏBƏRLƏR

10 saylı Seçki məntəqəsi – 132-134 nömrəli Təhsil Kompleksində seçki günü seçicilər gün ərzində yüksək fəallıq nümayiş etdiriblər

şərh yoxdu

Müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən 07 fevral – Azərbaycan Respublikasının Prezidenti seçkilərində möhtərəm Prezidentimiz İlham Əliyev inamlı qələbə qazandı.

Seçki günü Bakının Səbail rayonu 7 saylı Dairə Seçki Komissiyasının 10 saylı Seçki məntəqəsində səsvermənin ilk saatlarından etibarən xüsusi canlanma müşahidə olunub. Qanunvericiliyin tələbinə uyğun olaraq məntəqə səhər saat 08:00-da açılıb. Seçicilər gün ərzində yüksək fəallıq nümayiş etdirib və istədikləri namizədlərə sərbəst şəkildə səs veriblər.

10 saylı Seçki məntəqəsi – 132-134 nömrəli Təhsil Kompleksində səsvermə üçün yüksək səviyyədə şərait yaradılıb. Bu seçkilər xalqımızın Prezidentimizə olan yüksək etimadını, sevgisini və inamını bir daha göstərdi.

Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edir, Ona möhkəm cansağlığı, ali dövlət vəzifələrində yeni-yeni uğurlar arzu edirik.

XƏBƏRLƏR

“Zərərli vərdişlər, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı maarifləndirici seminar təşkil edildi

şərh yoxdu

Fevralın 6-da 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri üçün “Zərərli vərdişlər, alkoqolizm və narkomaniyaya qarşı mübarizə” adlı maarifləndirici seminar təşkil edildi.

Səbail rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin əməkdaşlarının təşkilatçılığı ilə keçirilən profilaktik tədbirdə şagirdlərə zərərli vərdişlərin insan həyatına vurduğu maddi-mənəvi ziyanlardan söhbət açıldı, narkotiklərin orqanizmdə yaratdığı fəsadlar, fiziki, psixoloji sağlamlıq haqqında, sağlam həyat tərzi nədir mövzusunda məlumat verildi. Şagirdlərin də bu haqda məlumatlılığı diskussiya şəklində müzakirə olundu. Vurğulandı ki, narkotik və zərərli vərdişlərdən qorunmanın ən yaxşı yolu onlardan heç istifadə etməməkdir.