XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində növbəti maraqlı dərs “2 Fevral-Gənclər Günü”nə həsr olundu: “Gənclik – gələcəyi olduğu üçün xoşbəxtdir”

şərh yoxdu

Rus bölməsi “3 c” sinifində “2 Fevral – Gənclər Günü” münasibətilə “Gənclik – gələcəyi olduğu üçün xoşbəxtdir” adlı təqdimat-dərs keçirildi. Məktəblilər insan həyatının ən gözəl dövrü haqqında fikirlərini, arzularını, xəyallarını hazırladıqları posterlərdə ən əyləncəli və rəngarəng şəkildə ifadə etdilər, mövzu ilə bağlı hazırladıqları kreativ əl işlərini təqdim etdilər.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Dünya Ekoloji Təhsil Günü ərəfəsində “Davamlılıq üçün maariflənmə” adlı maarifləndirici görüş

Dünya Ekoloji Təhsil Günü ərəfəsində növbəti maarifləndirici görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 132-134 nömrəli təhsil kompleksinin ibtidai sinif şagirdləri ilə “Davamlılıq üçün maariflənmə” devizi altında maarifləndirici görüş keçirilib.

Görüş çərçivəsində uşaqlara BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, ölkə ərazisində yerləşən xüsusi mühafizə olunan təbiət əraziləri, ölkənin biomüxtəlifliyi, həmçinin ölkəmizə xas balıq növləri, su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası və mühafizəsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib, şagirdlərin sualları cavablandırılıb.

Eyni zamanda, uşaqlara BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə dayanıqlı balıqçılıq və dəniz məhsullarının yetişdirilməsi və məhsuldarlığın artırılması (FISHCap) layihəsi çərçivəsində hazırlanan dərsdənkənar vəsait və məktəb ləvazimatları hədiyyə edilib.

#yaşıldünyanaminəhəmrəyolaq

Facebook

XƏBƏRLƏR

IX sinif şagirdləri və valideynləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda görüş və fikir mübadiləsi təşkil olundu

Yanvarın 24-də 132-134 nömrəli Təhsil Kompleksində IX sinif şagirdləri və valideynləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda görüş və fikir mübadiləsi təşkil olundu. Görüşdə Kompleksin direktor müavinləri, psixoloqlar, sinif rəhbərləri iştirak etdilər.

Valideylər və şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi formatında təşkil olunan görüşdə məktəb psixoloqları Əhmədova İnarə və Quliyeva Aytən “Reproduktiv sağlamlıq – azad seçim olmaqla insanın nəsil artırmaq qabiliyyətidir”, “Travma və zorakılıq nədir?”, “Uşaqla amansız rəftar və uşağa diqqət, qayğı”, “Psixoloji zorakılıq”, “Gənclərin formalaşması” mövzularında məktəblilərin və valideynlərin fikirlərini öyrəndilər, bu kimi problemlər yaşandığı təqdirdə düzgün qabaqlayıcı tədbirlər haqda məktəblilərə və valideynlərə tövsiyələrini verdilər.

XƏBƏRLƏR

Təhsil Kompleksində 20 Yanvar Şəhidi, 134 saylı orta məktəbin şagirdi Larisa Məmmədovanın və bütün 20 Yanvar Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu

Yanvarın 19-da 132-134 nömrəli Təhsil Kompleksində ilk dərslər 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olundu. Dərslərdə müəllimlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş və insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsi, Azərbaycanın müstəqilliyi uğrunda ilk Şəhidlərimiz və xalqımızın şərəf salnaməsi olan azadlıq mübarizəsi haqqında məktəblilərə ətraflı məlumat verdilər. Kompleksimizdə bütün gün ərzində 20 Yanvar Şəhidi, 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Larisa Məmmədovanın və bütün 20 Yanvar Şəhidlərinin əziz xatirəsi ehtiramla yad olundu.

Şəhidlər Xiyabanı və Təhsil Kompleksinin Tarix Muzeyində Şəhid şagirdimiz Larisa Məmmədovanın xatirə guşəsi gün ərzində məktəblilər tərəfindən ziyarət olundu, müəllimləri şagirdlərə o qanlı yanvar gecəsi azadlığımız, müstəqilliyimiz uğrunda canlarını qurban verən qəhrəman oğul və qızlarımız haqqında məlumat verdilər.

Kompleksimizin bütün koridorlarının monitorlarında gün ərzində 20 Yanvar faciəsi haqqında məlumatlar əks olundu.

Kompleksimizin şagirdləri daima xalqımızın qəhrəmanlıq tarixi barədə maarifləndirilir, məktəblilərə Vətən sevgisi və torpağa bağlılıq ruhu aşılanır. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!

Foto: Rus bölməsi “3 b – Sağlam təhsil” sinifi, sinif rəhbəri Nəsirova Nərminə

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirildi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş qanlı faciədən 34 il ötür. 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir. Hər il ümumxalq hüznlə yad edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 20 Yanvar – Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli azadlıq istəyinin oyanış günüdür.

Yanvarın 19-da 132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirildi. Anım tədbirində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş və müstəqilliyimizin ilk Şəhidləri kimi qəlbimizdə əbədi yaşayacaq olan 20 Yanvar Şəhidlərinin, o cümlədən 1990-cı ildə 134 saylı orta məktəbin 7-ci sinif şagirdi olan Şəhid Larisa Məmmədovanın əziz xatirəsi xüsusi ehtiramla yad olundu.

Tədbirdə səsləndirilən çıxışlarda qeyd olundu ki, Azərbaycan tarixinə hüzn və şərəflə yazılan 20 Yanvar günü xalqımızın qan yaddaşına həkk olunub. Xalqımız həmin hadisələrdə şəhidlər verib və igid Vətən övladlarının sarsılmaz iradəsindən, milli ruhun əzmindən, istiqlaliyyət amalından şanlı qəhrəmanlıq tarixi yaradıb.

132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri 1990-cı il 20 Yanvar faciəsinə, insanlığa qarşı cinayət olan bu dəhşətli qətliamın qurbanlarına və müstəqilliyimizin ilk Şəhidlərinin xalqımızın qəlbindəki əbədiyaşar əziz xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Allah bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!

XƏBƏRLƏR

İbtidai siniflərimizdə ilk dərslər Ümumxalq Hüzn günü – 20 Yanvar faciəsinə həsr olundu

İbtidai siniflərimizdə ilk dərslər Ümumxalq Hüzn günü – 20 Yanvar faciəsinə həsr olundu.

Foto: Azərbaycan bölməsi “2 a”, “2 b”, “2 d”, “3 c”; Rus bölməsi “2 a”, “2 b”, “2 d”, “2 e”, “3 a”, “3 b”, “3 c”, “3 d”, “3 e”, “4 c”

Video: Azərbaycan bölməsi “3 c”, Rus bölməsi “2 a”, “2 d”, “3 d”

 

 

 

XƏBƏRLƏR

11 yanvar dünyada Beynəlxalq Təşəkkür Günüdür: Rus bölməsi “3 c” sinifində xüsusi dərs

11 yanvar dünyada “Beynəlxalq Təşəkkür Günü” kimi qeyd olunur.

Rus bölməsi “3 c” sinifində “Beynəlxalq Təşəkkür Günü”nə həsr olunan dərs keçirildi. Məktəblilər bu gün haqqında təsəvvürlərini obrazlı təqdimatlarla ifadə etdilər. Hazırladıqları posterlərdə şagirdlər qeyd etdilər ki, insanların bir-birinə minnətdarlıq ifadə edən sözləri sehrli xüsusiyyətlərə malikdirlər. Onların köməyi ilə insanlar bir-birinə sevinc bəxş edir, diqqətlərini ifadə edir və müsbət emosiyalarını çatdırırlar. Hansı ki bu sözlərsiz bizim həyatımız darıxdırıcı və sıxıcı olardı. Təsadüfi deyil ki, bir çox turist kitabçalarında və təlimatlarda turistlərə gedəcəkləri ölkədə təşəkkür etməyi şivəlidə olsa, həmin ölkənin dilində etmək məsləhət görülür. Çünki, bu, turistlərə gedəcəkləri ölkədə xidmət keyfiyyətini yaxşılaşdırmağa, sürətli dialoq tapmağ və sakit və xoş bir bayram qurmağa kömək edir.

Müsbət emosiyalar və xoş təəssüratlarla keçən dərsdə məktəblilər dostluq, birlikdə işləmək və ünsiyyət dəyərlərinə görə birbirinə və müəllimlərinə təşəkkür etdilər.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidi Fərid Əliyevin evi ziyarət olundu

Azərbaycan bölməsi “5 a” sinif şagirdləri 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidi Fərid Əliyevin evini ziyarət etdilər və 44 günlük Vətən müharibəsinin qəhrəmanı, Şuşa döyüşlərinin Qələbə Şəhidi Fəridin ailə üzvləri, valideynləri, həyat yoldaşı və Vətənə əmanət övladları ilə görüşdülər. Görüş zamanı unudulmaz məzunumuz haqqında xatirələr dinlənildi, qəhrəman Azərbaycan zabitinin həyat və döyüş yolunun gənc və gələcək nəsillər üçün böyük nümunə olduğu vurğulandı.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Ruhunuz şad olsun, igid Vətən oğulları!

Sinif rəhbəri: Kompleksin Riyaziyyat müəllimi Quliyeva Məlahət 

XƏBƏRLƏR

Məktəb psixoloqu həm ibtidai, həm yuxarı siniflərdə dərs prosesini müşahidə etdi və müxtəlif yaş qrupunda olan məktəblilərlə diaqnostik sorğular təşkil etdi

şərh yoxdu

Məktəb psixoloji xidmətində əsas fəaliyyət istiqamətlərindən biri şagirdlərin təlim prosesində iştirakı, qrup daxilində davranışları və qrup dinamikasının izlənilməsi məqsədilə siniflərdə psixodiaqnostik işin aparılması və müxtəlif mövzularda sorğuların keçirilməsidir.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün həm ibtidai, həm yuxarı siniflərdə dərs prosesini müşahidə etdi və müxtəlif yaş qrupunda olan məktəblilərlə diaqnostik sorğular təşkil etdi.

Hər yaş dövrünün xüsusiyyətləri nəzərə alınaraq keçirilən sorğuda məktəblilər “Mənim üçün ideal insan kimdir?” sualını cavablandırdılar. Psixoloq A.Quliyeva “Mənim üçün ideal insan qardaşımdır” deyərək bu tezisi yuxarı sinif şagirdləri ilə müzakirə etdi.