XƏBƏRLƏR

İbtidai siniflərimiz Yeni 2023-cü ili qarşılayır

İbtidai siniflərimiz Yeni 2023-cü ili qarşılayır.

Bayramınız, Yeni iliniz mübarək, əziz uşaqlar!

Foto: Azərbaycan bölməsi “3 c” sinifi (Pedaqoq: Qurbanova Törə), “2 c” sinifi (Pedaqoq: Səfərova Pakizə) ; Rus bölməsi “1 a” sinifi (Pedaqoq: Nağıyeva İradə), “1 e” sinifi (Pedaqoq: Məmmədova Səriyyə)

XƏBƏRLƏR

“Ana Məktəb” şagirdlərinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi

132-134 nömrəli Təhsil Kompleksində Ana Məktəb – Ecole Maternelle layihəsi çərçivəsində Azərbaycan və Rus bölmələri üzrə məktəbəqədər hazırlıqda təhsil alan uşaqların iştirakı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bayram şənliyi keçirildi.

Şənlikdə uşaqlar öz məharətlərini göstərərək Azərbaycan və üç xarici dildə müxtəlif səhnəciklər nümayiş etdirdilər, səhnədə nağıl qəhrəmanlarını canlandırdılar, rəngarəng mahnılar və rəqslər ifa etdilər, şeirlər söylədiər.

Balaca fidanların ifasında səsləndirilən şerlər, mahnılar, rəqs nömrələri, nümayiş etdirilən mili və xarici nağıl səhnəcikləri maraqla izləndi və alqışlarla qarşılandı.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramınız mübarək, əziz uşaqlar!

 

XƏBƏRLƏR

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyinə ekskursiya təşkil olundu

Rus bölməsi “3d” sinif şagirdləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular.

Azərbaycan Milli Xalça Muzeyi – Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzeydir.

Məktəblilər Muzeydə “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” daimi ekspozisiyaları ilə tanış oldular, Azərbaycanda xalçaçılıq sənətinin tarixi və zəngin ənənələri, eləcə də dulusçuluq, rəssamlıq peşələri və onların sirrləri haqqında yeni və geniş məlumatlar əldə etdilər.

Ekskursiya rəhbəri: Pedaqoq Cəfərova Gülnarə

XƏBƏRLƏR

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi

132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi Aygün Əfəndiyevanın rəhbərliyi və yuxarı sinif şagirdlərinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi.

Məktəblilər bu əlamətdar günün qeyd olunması tarixindən, Ulu Öndər Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin dünya azərbaycanlılarının birliyi üçün əvəzsiz xidmətlərindən, xalqımızın və torpaqlarımızın tarixən keçdiyi inkişaf yolundan və müasir müstəqil Azərbaycanın möhtəşəm uğurlarından danışdılar, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Vətən Müharibəsində əldə edilən tarixi Qələbədən sonsuz fəxarət və sevinc hissləri keçirdiklərini bildirdilər.

Vurğulandı ki, 44 günlük Zəfər yürüşündə bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının, o cümlədən gənclərin Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi sıx birləşməsində, sarsılmaz dövlət, xalq və ordu birliyinin nümunəsində bariz formada özünü göstərən həmrəyliyimiz şanlı qalibiyyətimizin əsas komponentlərindən birini təşkil edir.

Şagirdlər Azərbaycan dövlətinin bu gün etibarlı əllərdə olduğunu fəxrlə qeyd etdilər və Prezidentimiz İlham Əliyevə şərəfli fəaliyyətində uğurlar arzuladılar.

XƏBƏRLƏR

Şagirdlərimiz AMO (American Mathematics Olympiad) Amerika Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Azərbaycan bölməsi “8 a” sinif şagirdləri AMO (American Mathematics Olympiad) Amerika Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər. 2 nəfər şagirdimiz Bürünc medal qazanıb, 6 nəfər şagirdimiz isə Sertifikatlarla təltif olunublar.

Mehdiyeva Sona – Bürünc medal

Məmmədov Əlitayib – Bürünc medal

Məlikzadə Nuran – Fəxri sertifikat

Əliyev Xeyrulla – Sertifikat

Əliyev Cavid – Sertifikat

Kərimov Ömər – Sertifikat

Xeyrullayev Elnur – Sertifikat

Kazımova Səadət – Sertifikat

Qalib şagirdlərimizin hər birini təbrik edir və onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq! Təbriklər və uğurlar sizə!

XƏBƏRLƏR

Şagirdimiz Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” elmi-praktiki konfransda uğurla çıxış edib

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2022-ci ilin mart və aprel aylarında paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin və eyni adlı elmi-praktiki konfransın Bakı şəhəri üzrə qalibi 132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan bölməsi IX sinif şagirdi Mahmudova Fidan Mürsəl qızı Bakı Şəhər İcra Hakimiyyətinin sertifikatı ilə təltif olunub.

Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşılarının seçilərək kitab şəklində çap olunması qərara alınıb və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb. Kitabda şagirdimiz Mahmudova Fidanın “Vətən müharibəsində qələbəni şərtləndirən amillər” mövzusunda hazırladığı və elmi-praktiki konfransa təqdim etdiyi referat nəşr olunub.

Qalib şagirdimiz Fidanı və elmi rəhbəri Kompleksin Tarix müəllimi Əfəndiyeva Aygün xanımı paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfransda uğurlu çıxışları münasibətilə təbrik edir, onlara gələcəkdə yeni təhsil nailiyyətləri və uğurlar arzu edirik. Təbriklər və uğurlar, Fidan!