Azərbaycan bölməsi “5 b” sinifində “8 Noyabr – Zəfər günü”nə həsr olunan xüsusi dərslər təşkil olundu.
Məktəblilər 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidi Fərid Əliyevin evini ziyarət etdilər və 44 günlük Vətən müharibəsinin qəhrəmanı, Şuşa döyüşlərinin Qələbə Şəhidi Fəridin ailə üzvləri, valideynləri, həyat yoldaşı və Vətənə əmanət övladları ilə görüşdülər. Görüş zamanı unudulmaz məzunumuz haqqında xatirələr dinlənildi, qəhrəman Azərbaycan zabitinin həyat və döyüş yolunun gənc və gələcək nəsillər üçün böyük nümunə olduğu vurğulandı.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Ruhunuz şad olsun, igid Vətən oğulları!
Sinif rəhbəri: Kompleksin Ərəb dili müəllimi Məmmədova Gülnara