XƏBƏRLƏR

Cümhuriyyət dövrünün ən parlaq simalarından biri kimi tanınan, öz şeirləri ilə xalqı milli azadlığa səsləyən Əhməd Cavadın 130 illiyi ilə əlaqədar görkəmli şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunan “Əhməd Cavad və onun yaradıcılığı” mövzusunda xüsusi dərslər təşkil olunur.

Dərslərdə Əhməd Cavadın çoxcəhətli yaradıcılığı, ədəbi irsi, Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu yolundakı fəaliyyəti haqqında məktəblilərə məlumat verilir, vətənpərvər şairə həsr olunan videoçarxlar nümayiş olunur. Şagirdlər müstəqil iş formatında hazırladıqları təqdimatlarda Əhməd Cavadın bədii, siyasi ideya dünyası, təbiət və sevgi lirikasını təhlil edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.