XƏBƏRLƏR
şərh yoxdu

Martın 1-də Təhsil Kompleksinin “İngilis dili” fənn kafedrası müəllimlərinin iştirakı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa” ətrafında mövzu ilə əlaqədar geniş müzakirə və fikir mübadiləsi aparılıb, fənn müəllimləri görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda bütün sahələrin inkişafında misilsiz rolundan, uğurlu daxili və xarici siyasətindən bəhs etdikləri təqdimatlarla çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən və milli mənafelərə əsaslanan xarici siyasət kursunun nailiyyətləri, Ulu Öndərin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin diplomatik siyasətinin uğurları və Azərbaycanın ildən-ilə artan qüdrəti, Vətən müharibəsində xalqımızın qələbəsini şərtləndirən çoxsaylı amillər vurğulanıb.

“Dəyrimi masa” iştirakçıları dahi şəxsiyyət haqqında bir-birindən maraqlı xatirələrini bölüşüb, Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəsil və məktəblilər arasında təbliğinin daha da genişlənməsi üçün rəy və təkliflərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.