XƏBƏRLƏR

Rus bölməsi “2 d” sinif şagirdləri “Suraxanı” tanker-muzeyində ekskursiyada oldular

Rus bölməsi “2 d” sinif şagirdləri “Suraxanı” tanker-muzeyində ekskursiyada oldular.

Bələdçilər muzey haqqında məktəblilərə ətraflı məlumat verdilər. Ümumilikdə 10 zaldan ibarət tanker-muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər şagirdlərin böyük marağına səbəb oldu.

Ekskursiya rəhbəri: Pedaqoq Əşrəfova Nərgiz

VİDEO

XƏBƏRLƏR

“44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsinin qalibləri

şərh yoxdu

44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin ikinci ildönümü və 8 Noyabr – Zəfər Günü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri arasında “44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsi keçirildi.

Müsabiqənin keçirilməsində əsas məqsədlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfər haqqında məktəbliləri geniş məlumatlandırmaq, eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxararaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaqdır.

132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin böyük marağına səbəb olan və çoxsayda videoçarxın təqdim olunduğu müsabiqənin qalibləri:

  • “X B” sinif şagirdi İmranov Heydər və “VIII C” sinif şagirdi Quluzadə Aysu
  • “X A” sinif şagirdi Şalbuzov Əbdülrəşid
  • “IX F” sinif şagirdi Osmanəliyeva Saule
  • “VII IB” şagirdi Novruzzadə Vaqif

“44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsinin qalibləri Təhsil Kompleksinin diplomları ilə təltif olundular.

Video 1: İmranov Heydər və Quluzadə Aysu

Video 2: Şalbuzov Abdulraşıd

Video 3: Osmanaliyeva Saule

Video 4: IB şagirdi Novruzzadə Vaqif

XƏBƏRLƏR

IB şagirdlərinin təşkilatçılığı və iştirakı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə Bayram tədbiri

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində IB (Beynəlxalq Bakalavriat Proqramı) şagirdlərinin təşkilatçılığı və iştirakı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə Bayram tədbiri keçirildi.

IB şagirdləri vətənpərvərlik ruhunda Azərbaycan və İngilis dillərində hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış etdilər və 44 günlük Vətən müharibəsinə, Azərbaycanın şanlı qələbəsinə, Ali Baş Komandana, qəhrəman Şəhidlərimizə, rəşadətli Azərbaycan əsgərinə, doğma Azərbaycanımıza həsr olunan  səhnəciklər nümayiş etdirdilər, mahnılar ifa etdilər, şerlər səsləndirdilər, rəqslər etdilər.

Zəfərin mübarək, Şanlı Azərbaycan! QARABAĞ AZƏRBAYCANDIR!

Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksi “IB dünya məktəbi” statusuna malik olan qlobal məktəblər şəbəkəsinin üzvüdür.

XƏBƏRLƏR

“8 Noyabr – Zəfər Günü” münasibətilə təntənəli “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram tədbiri

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində “8 Noyabr – Zəfər Günü” münasibətilə təntənəli “Zəfərin mübarək, Azərbaycan!” adlı bayram tədbiri keçirildi.

Kompleksin qəhrəman Şəhid məzunlarının valideynlərinin, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşının, Birinci və İkinci Qarabağ müharibəsinin qazilərinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Şanlı Qələbəyə, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, qəhrəman Şəhidlərimizə, qazilərimizə, müharibə veteranlarına həsr olunan çıxışlar edildi, məktəblilər tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş olundu.

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova bayram tədbirində çıxış edərək Azərbaycan xalqının şərəf, milli qürur, qəhrəmanlıq dastanına çevrilən 44 günlük Vətən müharibəsindən, qalib ordunun qalib sərkərdəsi, ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun rəşadətindən, müharibə günlərində Lideri ətrafında bir yumruq kimi birləşməyi bacaran Azərbaycan xalqının mərdliyindən, həmrəyliyindən fəxarətlə danışdı. S.Xanlarova diqqətə çatdırdı ki, “müasir müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi elə bir möhtəşəm hadisədir ki, Şuşanı, Qarabağı 30 illik işğaldan azad edən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, dünyamiqyaslı siyasətçi İlham Əliyev xalqımızın əbədi milli qəhrəmanıdır. Azərbaycanın bu möhtəşəm Zəfəri ilk növbədə Ulu Öndər Heydər Əliyevin ruhunu şad etdi. Bugünkü qalib, qüdrətli Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir. Böyüyən gənc nəsil xoşbəxtdir, çünki bu gənclər qalib dövlətin qalib vətəndaşlarıdır.”

132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin əziz xatirəsini ehtiramla yad edən direktor xalqımıza qələbə sevinci bəxş edən qəhrəman Vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışdı. Vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidləri Nicat Tarıverdiyevin, Fərid Əliyevin, Yusif Budaqovun Təhsil Kompleksindəki xatirə barelyefləri, Şəhid məzun guşəsi müəllim-şagird kollektivi tərəfindən mütəmadi ziyarət olunur, unudulmaz məzunlarımızın xatirəsi hər daim ehtiramla yad olunur.

Azərbaycanın tarixinin, mədəniyyətinin, 44 günlük şanlı Zəfər yolunun gənc nəsil tərəfindən hərtərəfli öyrənilməsində təhsil işçilərinin, müəllimlərin, təhsil müəssisələrinin mühüm rolu olduğunu qeyd edən Sara Xanlarova məktəblilərə yaxşı təhsil almağı, hər zaman Azərbaycan xalqı, Türk milləti ilə fəxr etməyi, müasir müstəqil Azərbaycan uğrunda Şəhid olan qəhrəmanlarımızın əbədi xatirəsini yaşatmağı, onların şərəfli həyat və döyüş yolundan nümunə götürməyi, qalib ölkəmizə layiq, Vətənini sevən və dövlətinə ləyaqətlə xidmət edən vətəndaşlar kimi yetişməyi tövsiyə etdi.

Tədbirdə çıxış edən Şəhid məzunların ailə üzvləri, Şəhid Nicat Tarıverdiyevin anası Şükran xanım, Şəhid Fərid Əliyevin həyat yoldaşı Elnarə xanım, Birinci Qarabağ Müharibəsinin qazisi, 132 nömrəli məktəbin məzunu Babək Qocayev Şəhid məzunların xatirəsinin 132-134 nömrəli Təhsil Kompleksində hər zaman yüksək ehtiramla xatırlanması və bu cür tədbirlərinin təşkili üçün öz minnətdarlıqlarını bildirdilər. Məktəblilərə hər zaman doğma Azərbaycanımızla fəxr etməyi, azad, ərazi bütövlüyü bərpa olunmuş Vətən torpağının qədrini bilməyi tövsiyə edən çıxış edənlər əminliklərini ifadə etdilər ki, vətənpərvərlik ruhunda böyüyən, Şanlı Qələbəmizə şahidlik edən bu gənclər hər zaman Azərbaycanın üçrəngli bayrağını ucalarda dalğalandıracaqlar.

Məktəblilər vətənpərvərlik ruhunda hazırladıqları ədəbi-bədii kompozisiyada Azərbaycanın şanlı qələbəsinə, Ali Baş Komandana, qəhrəman Şəhidlərimizə, rəşadətli Azərbaycan əsgərinə, doğma Vətənimizə həsr olunan çıxışlar etdilər, şerlər dedilər, mahnılar səsləndirdilər, gözəl tərtibatda rəqslərlə çıxış etdilər.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri arasında keçirilən “44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsinin qalibləri diplomlarla təltif olundular.

Bayram tədbiri qürur və fəxarət dolu duyğulu anlarla yadda qaldı. Zəfərin mübarək, Şanlı Azərbaycan! Yaşasın qəhrəman Azərbaycan xalqı! Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun! QARABAĞ AZƏRBAYCANDIR!

XƏBƏRLƏR

“8 Noyabr – Zəfər günü”nə həsr olunmuş idman yarışları

şərh yoxdu

“8 Noyabr – Zəfər günü” münasibətilə noyabrın 2-də Azərbaycan bölməsi 5-ci sinif şagirdləri arasında Estafet yarışı və noyabrın 4-də 7-ci sinif şagirdləri arasında Basketbol yarışı keçirildi.

Müəllimlər: Kompleksin Fiziki tərbiyə müəllimləri Əməkdar məşqçi Məmmədova İntizar, Orucova Nərmin və Novruzova Xatirə

Estafet yarışı

Basketbol yarışı

XƏBƏRLƏR

İbtidai siniflərimizdə “8 Noyabr – Zəfər günü” dərsləri

şərh yoxdu

İbtidai siniflərimizdə “8 Noyabr – Zəfər günü” dərsləri

Foto: Azərbaycan bölməsi “1 a”, “1 b”, “2 a”, “3 c”, “4 a”, Rus bölməsi “1 e”, “2 c”, “3 c”, “4 b”, “4 d”, Fransız bölməsi “1 a” və “3 a” sinifləri

#8Noyabr #ŞanlıQələbə #QarabağAzərbaycandır #MüzəffərAliBaşKomandan #RəşadətliAzərbaycanOrdusu

XƏBƏRLƏR

“8 Noyabr – Zəfər günü” münasibətilə Hərbi Qənimətlər Parkına ekskursiyalar təşkil olunur

şərh yoxdu

“8 Noyabr – Zəfər günü” münasibətilə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri üçün Hərbi Qənimətlər Parkına ekskursiyalar təşkil olunur.

Ekskursiyalar zamanı məktəblilər “Hərbi Qənimətlər Parkı”nda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olurlar.

Ordumuzun güc və əzmini bir daha göstərən Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə Vətən müharibəsində qazanılan tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadır.

Foto: Rus bölməsi “2 b” sinifi və İngilis bölməsi IB sinifi

XƏBƏRLƏR

Vətən müharibəsi Şəhidlərinin məzarları ziyarət olundu

şərh yoxdu

“8 Noyabr – Zəfər günü” münasibətilə Rus bölməsi “3 c” sinif şagirdləri İkinci Fəxri Xiyabanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək həlak olan Vətən müharibəsi Şəhidlərinin məzarlarını ziyarət etdilər.

Qəhrəman Vətən oğullarının məzarları üzərinə güllər düzüldü və əziz xatirələri ehtiramla yad olundu.

Müəllimə: Mürvətova Yekaterina