XƏBƏRLƏR

Məktəb psixoloqu IB siniflərində uşaqların yaş dövrünə uyğun xarakter tiplərinin müəyyənləşdirilməsi üzrə mütəmadi konsultativ işlər təşkil edir

şərh yoxdu

Kiçik məktəb yaşı idrak proseslərinin intensiv inkişafı və keyfiyyətcə dəyişməsi, uşaqlarda şəxsiyyət formalaşması dövrüdür. Bu yaşlarda uşaqlarda xarakter formalaşır, onlar şüurlu və iradəli şəkildə davranmağa başlayırlar. Uşaq tədricən psixi prosesləri mənimsəyir, qavrayış, diqqət və yaddaşı idarə etməyi öyrənir. Məktəblilər həmyaşıdları, müəllimləri ilə yeni münasibətlər, yeni fəaliyyət növlərinə daxil olur. Bütün bunlar insanlar, kollektiv, öyrənmə fəaliyyəti və onlarla əlaqəli yeni münasibətlər sisteminin formalaşdırılması və möhkəmləndirilməsinə həlledici təsir göstərir, uşaqlarda bu yaşlarda xarakter və iradə formalaşır, maraq dairəsi genişlənir və yeni bacarıqlar inkişaf edir.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən ingilis bölməsi IB siniflərində uşaqların yaş dövrünə uyğun xarakter tiplərinin müəyyənləşdirilməsi, təlim fəaliyyətinin müvəffəqiyyəti və uşaqların sağlam psixoloji səviyyəsinin diaqnostikası üzrə şagirdlərlə ingilis dilində mütəmadi konsultativ işlər təşkil edir, məktəblilərlə profilaktik söhbətlər aparır.

XƏBƏRLƏR

Şagirdlərimiz Qazaxıstanlı məktəblilərlə birlikdə onlayn “Xoş gəldin, Novruz” tədbirində iştirak etdilər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “3 d” sinif şagirdləri Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının Qazaxıstan Respublikası Almatı şəhəri S.Beqalin adına Mərkəzi şəhər Uşaq Kitabxanası ilə birlikdə keçirdiyi “Xoş gəldin, Novruz” adlı onlayn tədbirdə iştirak ediblər.

Onlayn görüşdə Qazaxıstanın Almatı şəhəri Kokil məktəbinin 3-cü sinif şagirdlərinin iştirakı ilə təşkil olunub.

Tədbirdə Azərbaycan və Qazaxıstan xalqlarının adət-ənənləri haqqında məlumat verilib, məktəblilər öz adət-ənənələrinə uyğun sənət nümunələri ilə çıxışlar edib, rəqslər, mahnılar, şerlər ifa ediblər.

Tədbirdə Azərbaycan məktəbliləri tərəfindən hazırlanaraq gözəl səhnə tərtibatında təqdim olunan “Bahar guşəsi”, bəzənmış Novruz xonçaları, “Səmənilər” qazaxıstanlı şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Pedaqoq: Rus bölməsi “3 d” sinif rəhbəri Cəfərova Gülnarə

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksi dünyaca məşhur TEDx tədbirinə evsahibliyi etdi

şərh yoxdu

Aprelin 2-də 132-134 nömrəli Təhsil Kompleksi IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) 10-cu sinif şagirdlərinin təşkilatçılığı ilə dünyaca məşhur TEDx tədbirinə evsahibliyi etdi.

“Maneələri aradan qaldıraq” (Breaking Barriers) şüarı ilə keçirilən tədbirdə çıxış edən natiqlər müxtəlif sahələrdə qarşılaşdıqları çağırışlar, manəelərlə mübarizə mövzularında bir-birindən maraqlı innovativ və motivasiyaedici çıxışlar etdilər və təcrübələrini konfrans iştirakçıları ilə bölüşdülər.

TEDx konfranslarının əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək və onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.

#TEDx #TEDtalks

XƏBƏRLƏR

Ana Məktəb şagirdlərinin Novruz bayramı şənliyi

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Fransız modeli Ana Məktəb – Ècole Maternelle (Azərbaycan və Rus bölmələri üzrə məktəbəqədər hazırlıq) şagirdlərinin Novruz bayramına və baharın gəlişinə həsr olunan bayram şənliyi keçirildi.

Bayram tədbirində balaca fidanlarımız Azərbaycanda çox qədim kökləri olan Novruz bayramı adət-ənənələri və bayramın qeyd olunması ilə bağlı rəqslər, mahnılar ifa etdilər, şerlər səsləndirdilər və məşhur filmlərdən, teatr tamaşalarından səhnəciklər nümayiş etdirdilər.

XƏBƏRLƏR

İngilis dilində Novruz bayramına həsr olunan dərs keçirildi

şərh yoxdu

Azərbaycan bölməsi “7 b” sinifində Kompleksin İngilis dili müəllimi Mehriban Əzimovanın rəhbərliyi ilə ingilis dilində Novruz bayramına həsr olunan dərs təşkil olundu. Məktəblilər Azərbaycan xalqının Novruz bayramı adət-ənənələrinə, bahar bayramının tarixinə həsr olunan ingilis dilində çıxışlar etdilər, şerlər səsləndirdilər, müsiqi nömrələri və rəqslər ifa etdilər.

XƏBƏRLƏR

Məktəb psixoloqu IB PYP siniflərində “Mənim gələcək peşəm” mövzusunda ingilis dilində oyun-əsaslı seminar təşkil etdi

şərh yoxdu

Bu gün Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən ingilis bölməsi IB PYP siniflərində “Mənim gələcək peşəm” mövzusunda ingilis dilində oyun-əsaslı seminar təşkil etdi.

Seminarda psixoloq “Uşağın məktəb və sinifdənkənar maraqları”, “Uşaqlara peşə fəaliyyətinin məzmununu başa düşməyi öyrətmək”, “Şagirdlərlərin yaş dövrünə uyğun ünsiyyət psixologiyası” kimi mövzular ətrafında diaqnostik oyunlar təşkil etdi.

Şagirdlərin böyük marağına səbəb olan seminarın təşkilində məqsəd şagirdləri aktivləşdirmək, onlarda özü, bacarıqları və inkişaf perspektivləri haqqında psixoloq köməyi ilə əldə etdiyi bilikləri nəzərə alaraq müstəqil bir peşə seçimi arzusunu formalaşdırmaqdır.

XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən çox sevdiyim mahnı” adlı musiqi tədbiri

şərh yoxdu

Martın 16-da 132-134 nömrəli Təhsil Kompleksinin “Musiqi” kafedrasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ən çox sevdiyim bəstəkar – Tofiq Quliyev” konseptində “Ən çox sevdiyim mahnı” adlı musiqi tədbiri keçirildi. Tədbirdə Təhsil Kompleksinin şagirdləri Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq şəxsiyyətlərindən olan Tofiq Quliyevin bəstələdiyi mahnıları ifa etdilər.

Tədbirdə Kompleksin şagirdləri Əzimov Əli, Quliyev Tofiq, Mürşüdzadə Ayan və Şükürova Leylanın ifasında “Bəxtiyar” filimindən“Əziz dost”, “Qaynana” filmindən “Məhəbbət çırağı”, “Ögey Ana” filmindən “Kəndimiz” və “Möcüzələr adası” filmindən “Coş dənizim” mahnıları, eləcə də Azərbaycanın Xalq mahnıları səsləndirildi.

XƏBƏRLƏR

Məktəb psixoloqu ibtidai siniflərdə “Uşaqların estetik və yaradıcı inkişafı” mövzusunda məsləhət saatları təşkil edir

şərh yoxdu

Diqqətin inkişaf səviyyəsi uşağın məktəb təlimində müvəffəqiyyət qazanmasında çox böyük rol oynayır. Uşağın təhsildə uğur qazanması üçün ilk növbədə onun diqqətini və müşahidəçilik qabiliyyətini tərbiyə etmək lazımdır. Məktəbli uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu səbəblə 132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən “Uşaqların estetik və yaradıcı inkişafı” mövzusunda xüsusən ibtidai siniflərdə fərdi və qrup halında məsləhətlər keçirilir.

Kompleksin psixoloqu Quliyeva Aytən şagirdlərlə mütəmadi olaraq bu mövzu ətrafında görüşlər, məsləhətlər təşkil edir. Bu zaman psixoloq uşaqlarla yaddaş, diqqət, təfəkkür, öz hisslərini dərk və idarə etmək, digər insanların hisslərini tanımaq və anlamaq qabiliyyəti, təsvir prosesində rəng çalarlarından istifadə, motorika, məsələnin həllini axtararkən özünəinam və müstəqillik nümayiş etdirmək, ünsiyyət vərdişləri, öz yanaşmalarını izah etmək və müdafiə etmək qabiliyyəti mövzularında söhbətlər aparır və konkret tapşırıqlar əsasında uşaqlara bu mövzuları izah edir.

XƏBƏRLƏR

Azərbaycan Respublikasının Əməkdar müəllimi Aliyə Təhmasibin doğum günü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində “Yaddaşlarda yaşayan təhsil fədaisi” adlı xatirə tədbiri keçirildi

şərh yoxdu

13 mart 2023-cü il tarixində uzun müddət 132 nömrəli məktəbin direktoru olmuş, gözəl təhsil işçisi, təhsilin inkişafı üçün xüsusi xidmətlər göstərən Azərbaycan Respublikasının Əməkdar müəllimi Aliyə Təhmasibin doğum günü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində “Yaddaşlarda yaşayan təhsil fədaisi” adlı xatirə tədbiri keçirildi. Tədbirdə Aliyə Təhmasibin ailə üzvləri, 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman Şəhid məzunlarının ailə üzvləri, Aliyə xanımla birlikdə çalışmış təhsil ictimaiyyəti nümayəndələri, 132 nömrəli məktəbin müxtəlif dövr məzunları, Aliyə xanımın yetirmələri və Təhsil Kompleksinin müəllim kollektivi iştirak etdilər.

Xatirə gecəsində iştirak edən 132 nömrəli məktəbin məşhur məzunları Xalq artisti, tarzən, professor Zamiq Əliyev, tanınmış jurnalist Etibar Babayev, uzun müddət bu məktəbdə Aliyə xanımla birlikdə çalışmış müəllimlər, Birinci Qarabağ müharibəsinin qazisi, 1988-ci il 132 nömrəli məktəbin məzunu Babək Qocayev, 1970-ci illər, 1980-ci illər, 1990-cı illər və 2000-ci illərdə məktəbin məzunları, Təhsil Kompleksinin direktoru Əməkdar müəllim Sara Xanlarova və Aliyə xanımın ailə üzvləri adından bacısı oğlu Elçin Quliyev-Qafqazlı çıxışlar etdilər və Aliyə xanımla bağlı xatirələrini bölüşdülər. Çıxışlarda qeyd olundu ki, minlərlə şagirdi və yetirməsi olan, yüksək insani keyfiyyətlərə malik, ziyalılığı, alicənablığı, ətrafındakı insanlara xoş münasibəti, mərhəməti, savadı ilə hər zaman seçilən, gözəl ana, təkrarsız pedaqoq Aliyə Təhmasib həyatı boyu təhsilin inkişafı üçün çalışmış, respublikanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülmüş, yüksək dövlət mükafatları ilə yanaşı, bir sıra diplom və fəxri fərmanlarla təltif olunmuş, Azərbaycan və SSRİ Ali Sovetinin deputatı kimi respublikanın ictimai həyatında mühüm rol oynamış və uzun müddət Səbail rayonu Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının fəal üzvü olmuşdur. Aliyə xanımın təhsil sahəsindəki xidmətləri və əsl Azərbaycan xanımına xas nümunəvi həyat və elm yolu hər zaman gənc, gələcək nəsillər üçün örnək olacaqdır. Allah rəhmət eləsin!