XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi

şərh yoxdu

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin valideynləri, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova onbirinciləri bu əlamətdar “Son zəng” münasibətilə təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı.

Çıxış edən qonaqlar məzunlara müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı
tövsiyə etdilər.

Tədbirdə məktəblilərin hazırladıqları və məzunların iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, onbirincilərin çıxışları dinlənildi. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.

Daha sonra simvolik “Bilik açarı” məzunlar tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.

Sonda “Son zəng” çalındı. Şarlar və ağ göyərçinlər səmaya uçuruldu.

XƏBƏRLƏR

Rus bölməsi Fransız modeli “3 a” sinif şagirdləri “Miniatür kitab evi”ndə ekskursiyada oldular

şərh yoxdu

Rus bölməsi Fransız modeli “3 a” sinif şagirdləri “Miniatür kitab evi”ndə ekskursiyada oldular. Məktəblilər ekskursiya zamanı bu unikal muzeydə yerləşən müxtəlif dövrlərdə və dünyanın fərqli ölkələrində çap edilmiş kiçik ölçülü miniatür kitablarla tanış oldular və miniatür kitablar haqqında maraqlı faktlar öyrəndilər. 

Pedaqoq: Quliyeva Lalə

XƏBƏRLƏR

A.S.Puşkinin anadan olmasının 225 illik yubileyi münasibətilə Rus bölməsi “3 c” sinifində xüsusi dərs

şərh yoxdu

Dünyaşöhrətli rus şairi, dramaturqu, ədəbiyyatşünası, nasiri, publisisti A.S.Puşkinin anadan olmasının 225 illik yubileyi münasibətilə Rus bölməsi “3 c” sinifində “Əsrlər və nəsillər dəyişir, A.S.Puşkin yenə təəccübləndirir” mövzusuna həsr olunan xüsusi dərs təşkil olundu.

Dərsdə məktəblilər milyonlarla insanın qəlbində əbədi yaşayan A.S.Puşkinin zəngin yaradıcılığına həsr olunan təqdimatlarla çıxış etdilər, dahi şairin əsərlərinə həsr olunan posterlər hazırladılar və uşaqların böyük sevgi ilə hər zaman oxuduqları Puşkinin nağıllarını səhnəciklərlə ifa etdilər. Həmçinin Puşkinin Bakıdakı abidəsi ziyarət olundu və xatirəsi böyük məhəbbət və ehtiramla yad olundu. 

Pedaqoq: Qəniyeva Sevda

 

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin IB DP şagirdləri Üzeyir bəy Hacıbəyovun dünyaşöhrətli “Arşın mal alan” musiqili komediyasını ingilis dilində səhnələşdirdilər

şərh yoxdu

İyunun 7-də 132-134 nömrəli Təhsil Kompleksinin IB DP (Beynəlxalq Bakalavriat Proqramı) şagirdləri böyük Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəyovun dünya şöhrəti qazanmış və indiyədək bütün dünya səhnələrində dəfələrlə tamaşaya qoyulmuş “Arşın mal alan” musiqili komediyasını ingilis dilində səhnələşdirdilər.

XƏBƏRLƏR

Azərbaycan bölməsi “3 b” sinif şagirdləri “Suraxanı” tanker-muzeyində ekskursiyada oldular

şərh yoxdu

Azərbaycan bölməsi “3 b” sinif şagirdləri “Suraxanı” tanker-muzeyində ekskursiyada oldular.

Bələdçilər muzey haqqında məktəblilərə ətraflı məlumat verdilər. Ümumilikdə 10 zaldan ibarət tanker-muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər şagirdlərin böyük marağına səbəb oldu.

Ekskursiya rəhbəri: Pedaqoq Dadoşava Ayəndə

XƏBƏRLƏR

İbtidai siniflərimizdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu

şərh yoxdu

İbtidai siniflərimizdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu.

Foto: Azərbaycan bölməsi  “2 b”, “4 c”, Rus bölməsi  “1 a”, “2 a”, “2 b”, “3 c”, “4 c”, “4 d”

Video: Azərbaycan bölməsi  “1 a”, “4 c”, Rus bölməsi  “1 a”, “2 a”, “3 c”, “3 d”, “4 c”

 

 

 

 

 

 

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində “Azərbaycan – mənim həyatımdır!” adlı xüsusi dərs

şərh yoxdu

Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olan 28 May – Müstəqillik Günü münasibətilə Rus bölməsi “3 c” sinifində “Azərbaycan – mənim həyatımdır!” adlı xüsusi dərs təşkil olundu. 

Məktəblilər müasir müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi qorumaq və möhkəmləndirmək istiqamətində misilsiz xidmətləri, Prezident İlham Əliyevin Azərbaycanı qalib və ərazi bütövlüyü bərpa olunmuş ölkəyə çevirməsi haqqında çıxışlar etdilər, Azərbaycana həsr olunan şerlər səsləndirdilər və mahnılar ifa etdilər.

Pedaqoq: Qəniyeva Sevda