XƏBƏRLƏR

“Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi

şərh yoxdu

Mayın 15-də 132-134 nömrəli Təhsil Kompleksində “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici və məlumatlandırıcı tədbir keçirildi.

Səbail rayon Polis İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Hafiz Təmirov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq məsələləri şöbəsinin nümayəndəsi Həsən Əliyev, Respublika Narkoloji Mərkəzin psixoloqu Leyla Qarayeva və yuxarı sinif şagirdləri iştirak etdilər.

Tədbirdə mövzu ilə bağlı çıxışlar dinlənildi, daha sonra yetkinlik yaşına çatmayan yeniyetmələri maraqlandıran suallar ətrafında profilaktik söhbət keçirildi. Kompleksin şagirdlərini mövzu ilə bağlı maraqlandıran suallar ətraflı cavablandırıldı.

Tədbirdə Daxili İşlər Nazirliyi tərəfindən xüsusi hazırlanmış və narkomaniya ilə bağlı bütün dəhşətləri özündə əks etdirən maarifləndirici videoçarx nümayiş olundu.

XƏBƏRLƏR

Rus bölməsi “6 b” sinif şagirdləri üçün Azərbaycan dili dərsində Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil olundu

şərh yoxdu

Rus bölməsi “6 b” sinif şagirdləri üçün Azərbaycan dili dərsində Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil olundu.

Dərs-ekskursiya çərçivəsində məktəblilər Azərbaycanda dövlətçilik tarixi, “Şirvanşahlar dövləti” və Şirvanşahlar sarayının tarixi, sarayın daxilində nümayiş olunan stendlər və eksponatlarla yaxından tanış oldular.

Pedaqoq: Kompleksin Azərbaycan dili müəllimi Məmmədova Günay  

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində xüsusi dərs – “Heydər Əliyev və Azərbaycan”

şərh yoxdu

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Rus bölməsi “3 c” sinifində “Heydər Əliyev və Azərbaycan” mövzusunda xüsusi dərs təşkil olundu.

Məktəblilər Ulu Öndərin Azərbaycan xalqı üçün xidmətlərini və Heydər Əliyevin görmək istədiyi Azərbaycanı hazırladıqları poster və rəsmlərdə təqdim etdilər, çıxışlar etdilər və Ümummilli Liderin mirası olan dəyərləri yazdıqları essələrdə ifadə etdilər.

Pedaqoq: Qəniyeva Sevda

 

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olundu

şərh yoxdu

Mayın 10-da 132-134 nömrəli Təhsil Kompleksində müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirildi.

İlk öncə Dövlət Himni səsləndirildi.

Tədbirdə Ulu Öndərin zəngin və şərəfli həyat yolu, çoxşaxəli dövlətçilik fəaliyyəti haqqında videoçarxlar nümayiş olundu və Kompleksin şagirdləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Azərbaycanın əsl müstəqilliyinin qurucusu, şəxsiyyəti və dahiliyi ilə hər zaman fəxr etdiyimiz, Azərbaycan xalqının xoşbəxt gələcəyinin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin şərəfli və xalqına, millətinə həsr olunan ömür yolundan, Azərbaycanda dövlət quruculuğunda əvəzolunmaz xidmətlərindən, ölkə iqtisadiyyatının, təhsilinin, səhiyyəsinin inkişafı istiqamətində gördüyü işlərdən danışdı. 10 may tarixinin hər bir azərbaycanlı üçün xüsusi gün olduğunu qeyd edən direktor bildirdi ki, məktəblilərin çıxışlarında hiss olunan Ulu Öndərə olan sevgi və böyük heyranlıq hər birimizi fərəhləndirir. Vurğulandı ki, 1993-cü ildə xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Ümummilli Lider Azərbaycanın müstəqilliyini qorudu, ölkəni dağılmaq təhlükəsindən xilas etdi və bugünki güclü, müstəqil, xoşbəxt Azərbaycanın əsasını qoydu. Heydər Əliyev əsl vətənpərvər idi, Ana dilimiz ilə fəxr edirdi, təhsilimizin himayədarı idi. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” sözünün Azərbaycan təhsilinin ana xəttini təşkil etdiyini vurğulayan S.Xanlarova Ümumilli Liderin insanlara, xalqına, Vətəninə olan sonsuz sevgisi haqqında məktəblilərə geniş məlumat verdi. Vurğulandı ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəridir və Heydər Əliyevin Azərbaycan gəncliyinə əsas mirası azərbaycançılıq məfkurəsi və “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləridir. Bu kəlam hər birimizin həyat qayəsinə çevrilməlidir. Ulu Öndərin yolunu, ideyalarını uğurla davam etdirən, dahi rəhbərin layiqli siyasi varisi, Azərbaycanın tarixi Qarabağ zəfərinin memarı İlham Əliyev bu gün dünyaşöhrətli liderdir. Dünyanı heyrətləndirən 44 günlük müharibə dövründə xalq öz Lideri ətrafında birləşdi. Bu birlik Ulu Öndərin xalqımız üçün miras qoyduğu Lider-Xalq-Ordu birliyinin nümayişi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Azərbaycanın əsrlərlə itirilən torpaqlarını, eyni zamanda milli qürurumuzu özümüzə qaytardı.

S.Xanlarova məktəblilərə yaşadıqları xoşbəxt Azərbaycanla, xalqımızla hər zaman fəxr etməyi, Ulu Öndərin əbədiyaşar ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini, Azərbaycan üçün yorulmadan çalışmaqlarını özləri üçün müsbət nümunə kimi görməyi və yüksək təhsil alaraq Vətənimizə, dövlətimizə layiqincə xidmət etməyi tövsiyə etdi.

Çıxış edən Kompleksin Tarix müəllimi Sevinc Səfərəliyeva vurğuladı ki, görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu və zəngin irsi, Onun Vətən sevgisi və azərbaycançılıq məfkurəsi gənc və gələcək nəsillərimiz üçün böyük örnəkdir. Nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev və Onun ideyaları xalqımız tərəfindən yaşadılacaq, böyük sevgi və ehtiramla yad olunacaqdır.

XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə İbtidai siniflərdə ilk dərslər Ümummilli Lider Heydər Əliyevə həsr olundu

şərh yoxdu

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Təhsil Kompleksimizin ibtidai siniflərində ilk dərslər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu.

Dərslərdə müəllimlər şagirdlərə xalqımızın Ümummilli Liderinin həyat yolu və zəngin siyasi irsi barədə geniş məlumat verdilər. Məktəblilər Ulu Öndərə həsr olunan təqdimatlarla çıxış etdilər, şerlər səsləndirdilər.

şagirdlərimiz üçün Kompleksin “Ulu Öndər Heydər Əliyev” Muzeyinə ekskursiyalar təşkil olundu.

Foto: Azərbaycan bölməsi  “2 b”, “2 d”, “4 c”, Rus bölməsi  “2 b”

Video: Azərbaycan bölməsi  “3 c”

 

XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində bütün ibtidai sinif şagirdləri arasında Şahmat turniri keçirildi

şərh yoxdu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində bütün ibtidai sinif şagirdləri arasında Şahmat turniri keçirildi. 

Üç mərhələdə təşkil olunan Şahmat turnirinin I, II və III yer qalibləri medallar və Kompleksin diplomu ilə mükafatlandırıldı. 

Şahmat turnirinin qalibləri:

I yer

“IV a” (Azərbaycan bölməsi) – Rüstəmli Ümid  

“IV b” (Rus bölməsi) – Rüstəmli Burla

II yer

“II e” (Rus bölməsi) – Masadıkova Tahirə Burul 

“IV a” (Rus bölməsi) – Quliyev Tamerlan 

III yer

“IV b” (Azərbaycan bölməsi) – Əliyev Əhməd

“IV a” (Rus bölməsi) – Yaqublu Eynur 

“IV a” (Rus bölməsi) – Cabbarlı Əminə

“II a” (Rus bölməsi) – Əsədova Leyla 

Turnirdə iştirak edən bütün şagirdlərimizi təbrik edirik və onlara gələcək təhsil həyatlarında uğurlar arzu edirik!

XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində “9 May – faşizm üzərində Qələbə Günü”nə həsr olunan “Qəhrəman kimi doğulmurlar, Qəhrəman olurlar” adlı dərs təşkil olundu

şərh yoxdu

Rus bölməsi “3 c” sinifində “9 May – faşizm üzərində Qələbə Günü”nə həsr olunan “Qəhrəman kimi doğulmurlar, Qəhrəman olurlar” adlı dərs təşkil olundu. Məktəblilər İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının həm cəbhə bölgələrində, həm də arxa cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və igidlik nümunələri, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən həmyerlilərimiz, Bakı neftinin faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olması haqqında təqdimatlarla çıxış etdilər, maraqlı posterlər hazırladılar. SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilən 170 min Azərbaycan əsgər və zabitinin, o cümlədən iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqa qəhrəmanların şərəfli döyüş yolu şagirdlər tərəfindən bir daha xatırlandı. Bütün təqdimatlarda vurğulandı ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut etdi.

Dərsin davamı olaraq məktəblilərin iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidələrinə ziyarətləri təşkil olundu.

Pedaqoq: Qəniyeva Sevda

 

XƏBƏRLƏR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Estafet” yarışı keçirildi

şərh yoxdu

Mayın 7-də 132-134 nömrəli Təhsil Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Estafet” yarışı keçirildi. 

Azərbaycan bölməsi VII sinif şagirdlərinin iştirak etdiyi, üç mərhələdə keçirilən və il ərzində tədris olunmuş hərəki qabiliyyətlərin inkişafına uyğun təşkil olunan oyunlarda “7 b” sinif şagirdləri I yerin, “7 a” sinif şagirdləri II yerin, “7 c” sinif şagirdləri III yerin qalibləri oldular.

XƏBƏRLƏR

Rus bölməsi “4 c” sinif şagirdləri Heydər Əliyev Mərkəzində ekskursiyada oldular

şərh yoxdu

Rus bölməsi “4 c” sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.

Məktəblilər Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar və məlumatları ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada əldə ediblər.

Şagirdlər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olublar və sərgi eksponatları vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar öyrəniblər. 

Ekskursiya rəhbəri: Muradova Oksana