XƏBƏRLƏR

Azərbaycan bölməsi IX və X siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusuna həsr olunmuş dərslər keçirildi

şərh yoxdu

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bölməsi IX və X siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusuna həsr olunmuş dərslər təşkil olundu. Dərslərdə məktəblilər Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət haqqında geniş müzakirə apardılar.

Pedaqoq: Kompleksin Tarix müəllimi Əfəndiyeva Aygün

XƏBƏRLƏR

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinif şagirdləri “Qız Qalası”  tarixi – memarlıq abidəsinə ekskursiya etdilər

şərh yoxdu

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinif şagirdləri “Qız Qalası”  tarixi – memarlıq abidəsinə ekskursiya etdilər.

Şagirdlər abidəni ziyarət edərək bir çox tarixi faktlarla tanış oldular. Ekskursiya zamanı qeyd olundu ki, Qız qalasının hələ açılmamış çox sirləri var. Daha sonra bu möhtəşəm abidə ilə əlaqədar şagirdləri maraqlandıran suallar  ətraflı cavablandırıldı.

Pedaqoq: Nəsirova Nərminə

XƏBƏRLƏR

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 162-ci ildönümü münasibətilə Rus bölməsi “3 c” sinifində dahi satirik mütəffəkkirin yaradıcılığına həsr olunan xüsusi dərs təşkil olundu

şərh yoxdu

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 162-ci ildönümü münasibətilə Rus bölməsi “3 c” sinifində dahi satirik mütəffəkkirin yaradıcılığına həsr olunan xüsusi dərs təşkil olundu.

Dərsdə məktəblilər unudulmaz şairin şerlərində qeyd olunan tərbiyəvi kəlamlardan ibarət divar qəzeti və xüsusi posterlər hazırladılar, çıxışlar etdilər, şairin əsərlərini kiçik səhnəciklərlə ifa etdilər. Məktəblilər Mirzə Ələkbər Sabirin abidəsini ziyarət etdilər və görkəmli Azərbaycan ziyalısının əziz xatirəsini ehtiramla yad etdilər.

Pedaqoq: Qəniyeva Sevda

 

XƏBƏRLƏR

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinifində Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin yardıcılığına həsr olunan dərs

şərh yoxdu

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinif şagirdlərinin Rus dili fənindən Azərbaycanın görkəmli satirik şairi, mütəfəkkiri, ictimai xadimi və müəllimi Mirzə Ələkbər Sabirin yardıcılığına həsr olunan dərsi sinif otağı xaricində dahi Azərbaycan şairinin abidəsi qarşısında təşkil olundu.

Maraqlı formatda təşkil olunan dərsdə M.Ə.Sabir yaradıcılığı haqqında şagirdlərin fikirləri dinlənildi, həyatına dair məlumatlar müzakirə olundu və dahi satirikin şerləri səsləndirildi.

Pedaqoq: Nəsirova Nərminə

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin “Ekoklub” üzvləri COP29-un məqsədlərinə uyğun olaraq məktəbimizdə “Green corner” yaradılması təşəbbüsü ilə çıxış edirlər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin “Ekoklub” üzvləri olan məktəblilər dayanıqlı gələcəyə kömək etmək üçün fəaliyyətlərinə davam edirlər. “Ekoklub” üzvləri ətraf mühitin mühafizəsi üzrə öhdəliyin bir hissəsi kimi COP29-un məqsədlərinə uyğun olaraq məktəbimizdə “green corner” yaradılması təşəbbüsü ilə çıxış edirlər. Bu qlobal iqlim konfransı iqlimlə bağlı tədbirlərə təcili ehtiyac olduğunu vurğulayır və layihəmiz bu qlobal işə lokal töhfə vermək məqsədi daşıyır.

Ekoklub üzvləri yaşıllaşdırma prosesi vasitəsilə təkcə məktəbin yaşıllıq sahəsini genişləndirməyəcək, həm də biomüxtəlifliyin əhəmiyyəti, karbon emissiyalarının azaldılması və ekoloji məsuliyyət haqqında məlumat əldə edəcəklər. Əkilən hər bir bitki iqlim dəyişikliyinin azaldılması istiqamətində bir addım və planetimizi gələcək nəsillər üçün qorumaq vədini əks etdirir.

XƏBƏRLƏR

“Ekoloji problemlərin həlli məktəblilərin gözü ilə” mövzusunda STEAM layihəsinin təqdimatı keçirildi

şərh yoxdu

Bu gün 132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi bütün 8-ci sinif şagirdlərinin iştirakı ilə STEAM fənnində “Ekoloji problemlərin həlli məktəblilərin gözü ilə” mövzusunda tədris ilinin yekun layihəsinin təqdimatı keçirildi.

Layihə çərçivəsində hər sinif üzrə ekoloji problemlərlə mübarizə və planetimizdə ekoloji tarazlığın qorunması üçün ən uğurlu ideyalar seçilmiş və təqdimat üçün posterlər hazırlanmışdır. 

Layihə rəhbərləri: Kompleksin STEAM müəllimləri Qurbanova Xanım və Tağıyeva Günel 

XƏBƏRLƏR

Azərbaycan bölməsi “7 a” sinif şagirdləri üçün 1 №-li çörək zavoduna ekskursiya təşkil olundu

şərh yoxdu

Azərbaycan bölməsi “7 a” sinif şagirdləri üçün 1 №-li çörək zavoduna ekskursiya təşkil olundu. Zavod istehsalat sahəsində olan təmizliyi ictimaiyyətə çatdırmaq üçün ekskursiyalar təşkil edir.

Zavodun əməkdaşları çörək bişirilmə texnologiyası və avadanlıqlar haqqında məktəblilərə geniş məlumat verdilər. Zavodda olan səliqəlilik və çeşidlərin müxtəlifliyi ekskursiya iştirakçılarında xoş təəssüratlar yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi. Sonda şagirdlərə çörək məhsullarından hədiyyələr verildi.

Ekskursiya rəhbəri: Azərbaycan bölməsi “7 a” sinif rəhbəri, Kompleksin Riyaziyyat müəllimi Həsənova Aygün

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin şagirdi ABŞ-ın Beynəlxalq Elm və Mühəndislik Yarışmasında (ISEF) “Robotika” kateqoriyası üzrə Xüsusi mükafata layiq görülüb

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin İngilis bölməsi IBDP Proqramı 10-cu sinif şagirdi Hüseynov Xəzər məktəblilər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsi olan ABŞ-ın Beynəlxalq Elm və Mühəndislik Yarışmasında (ISEF) “Robotika” kateqoriyası üzrə Xüsusi mükafata layiq görülüb.

Hüseynov Xəzər “SABAHIN ALİMLƏRİ” XIII Respublika Müsabiqəsinin final mərhələsində “Kompüter elmləri” istiqaməti üzrə I yerə layiq görülüb, Qızıl medal mükafatçısı olub və müsabiqənin qalibləri sırasından seçilərək, ABŞ-da keçirilən növbəti mərhələdə Azərbaycanı uğurla təmsil edib.

Xəzəri bu yüksək təhsil nailiyyəti münasibətilə təbrik edir, şagirdimizə gələcəkdə yeni-yeni təhsil və elm uğurları arzu edirik!

XƏBƏRLƏR

IB MYP 9-cu sinif şagirdlərinin “Personal Project” Layihəsinin Sərgisi təşkil olundu

şərh yoxdu

Mayın 17-si 132-134 nömrəli Təhsil Kompleksinin Tarix Muzeyində İngilis bölməsi MYP (Beynəlxalq Bakalavriat Proqramı) 9-cu sinif şagirdlərinin “Personal Project” Layihəsinin (“Fərdi layihə”lər) Sərgisi təşkil olundu. Sərgidə məktəblilərin yaradıcılıq və fantaziyalarını nümayiş etdirdikləri kosmos, kompyuter proqramlaşdırması dilləri, maliyyə, avtomobil sənayesi, yemək reseptləri, incəsənət və s. fərqli mövzularda hazırladıqları layihələr təqdim olundu.

XƏBƏRLƏR

“Azərbaycanın Milli Parkları və Dövlət Təbiət Qoruqları” mövzusunda tədqiqat layihəsinin təqdimatı

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “6 a” sinif şagirdləri “Azərbaycanın Milli Parkları və Dövlət Təbiət Qoruqları” mövzusunda tədqiqat layihəsinin təqdimatını keçirdilər. Layihə Kompleksin Biologiya, Həyat bilgisi və STEAM müəllimi Rübabə Səmədovanın rəhbərliyi ilə reallaşdırılmışdır.

Layihə çərçivəsində aparılmış tədqiqatın nəticələrinə əsasən şagirdlər komandalar formatında aşağıdakı təbii qoruqlar üzrə təqdimatlar etdilər:

1) Komanda 1: Zaqatala və Bəsitçay Dövlət Təbiət Qoruqları;

2) Komanda 2: İlisu və Qarayazı Dövlət Təbiət Qoruqları;

3) Komanda 3: Göygöl Milli Parkı və İsmayıllı Dövlət Təbiət Qoruğu;

4) Komanda 4: Qızılağac Milli Parkı və Qaragöl Dövlət Təbiət Qoruğu;

5) Komanda 5: Şirvan və Şahbuz Dövlət Təbiət Qoruqları;

6) Komanda 6: Türyançay və Pirqulu Dövlət Təbiət Qoruqları.

Şagirdlər layihə çərçivəsində Azərbaycanın təbii zənginliyini təşkil edən və xüsusi ekoloji, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən ibarət olan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı və xüsusi qorunan təbiət əraziləri – Azərbaycanın Milli Parkları və Dövlət Təbiət Qoruqları mövzularında maraqlı təqdimatlar, maketlər, şəkillər hazırladılar, bukletlər çap etdirdilər.

Təqdimatlarda məktəblilər hər bir Milli Park və Dövlət Təbiət Qoruğunun yaranma tarixi, təbii zənginlikləri, fauna və florası haqqında ətraflı məlumatlar verdilər.