XƏBƏRLƏR

IB şagirdlərimizin təşkilatçılığı və iştirakı ilə Novruz şənliyi – Bayram tədbiri keçirildi

şərh yoxdu

Bu gün 132-134 nömrəli Təhsil Kompleksində “IB (International Baccalaureate/Beynəlxalq Bakalavriat) Diplom Proqramı” üzrə təhsil alan şagirdlərimizin təşkilatçılığı və iştirakı ilə Novruz şənliyi – Bayram tədbiri keçirildi.

IB şagirdləri Novruz simvollarına, milli adət-ənənələrimizə dair Azərbaycan və İngilis dillərində səhnəciklər nümayiş etdirdilər, mahnılar ifa etdilər, şerlər səsləndirdilər, rəqslər etdilər, həm özləri əyləndilər, həm də bütün izləyici müəllim və şagirdlərə əsl bayram əhval-ruhiyyəsi yaşatdılar.

Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksi “IB dünya məktəbi” statusuna malik olan qlobal məktəblər şəbəkəsinin üzvüdür.

XƏBƏRLƏR

İdman Həftəsi çərçivəsində keçirilən yarışların qaliblərinin mükafatlandırılma mərasimi keçirildi

şərh yoxdu

Martın 4-də 132-134 nömrəli Təhsil Kompleksində İdman Həftəsi çərçivəsində keçirilən yarışların qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Mükafatlandırma mərasimində Kompleksdə bütün bölmələrin şagirdləri arasında keçirilən “Olimpiya oyunları uşaqların gözü ilə” STEAM, əl işləri və rəsm müsabiqələri qaliblərinin əsərləri nümayiş olundu.

Tədbirdə Kompleksin II-IV sinif şagirdləri gimnastika nümunələri ilə çıxış etdilər.

Mərasimdə  İdman Həftəsi çərçivəsində Kompleksdə keçirilən bütün yarışların – 9-cu sinif şagirdləri arasında Basketbol yarışı, 10-11-ci sinif şagirdləri arasında qızlar və oğlanlar arasında Voleybol yarışları,  “Ən sürətli şagird – qaçış yarışı”, 4 və 7-ci siniflər arasında “Şən startlar – estafet” yarışı, “Olimpiya oyunları uşaqların gözü ilə” STEAM, əl işləri və rəsm müsabiqələri, esse yarışması, qol güləşi yarışması və digər müsabiqələr üzrə müxtəlif nominasiyaların qalibləri mükafatlandırıldı.

Bütün şagirdlərimizi İdman Həftəsindəki uğurlu çıxışları münasibətilə təbrik edir, yaxından iştirakları üçün onlara təşəkkür edir və şagirdlərimizə gələcəkdə yeni-yeni təhsil və idman uğurları arzu edirik.

XƏBƏRLƏR

İdman Həftəsi çərçivəsində Olimpiya oyunları və sağlam həyat tərzi mövzularında Kompleksin 7-ci sinif şagirdlərinin hazırladığı tədqiqat layihəsi təqdim olundu

şərh yoxdu

Martın 3-də 132-134 nömrəli Təhsil Kompleksində İdman Həftəsi çərçivəsində Olimpiya oyunları və sağlam həyat tərzi mövzularında Kompleksin Rus bölməsi üzrə bütün 7-ci sinif şagirdlərinin hazırladığı tədqiqat layihəsi təqdim olundu.

Kompleksin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Həsənlinin ümumi rəhbərliyi ilə həyata keçirilmiş layihə çərçivəsində bütün 7-ci sinif şagirdləri (“7 a”, “7 b”, “7 d”, “7 f” və “7 e”) Olimpiya oyunları və sağlam həyat tərzi mövzularında müstəqil araşdırmalar apardılar, müxtəlif maketlər düzəltdilər, rəsmlər çəkdilər, elektron təqdimatlar, videoçarxlar hazırladılar. Şagirdlər komandalar şəklində maraqlı və fərqli təqdimatlarla çıxış etdilər.

Qeyd edək ki, mövzu üzrə maketlər şagirdlərin STEAM dərslərindən qazandıqları biliklər əsasında hazırlanmışdır.

Layihənin reallaşmasında iştirak edən bütün müəllimələrə, 7-ci siniflərin sinif rəhbərlərinə – Əliyeva Lalə (“7 a”), Hüseynova Kəmalə (“7 b”), Əliyeva Rəna (“7 e”), Quliyeva Nuranə (“7 d”), Manafova Fəridə (“7 f”) və gözəl təqdimatlarla çıxış edən şagirdlərimizə təşəkkür edirik.

XƏBƏRLƏR

“Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım” mövzusunda maarifləndirici dərs

şərh yoxdu

“Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün” Tədbirlər Planının icrası istiqamətində 132-134 nömrəli Təhsil Kompleksində “Yol-nəqliyyat hadisələri zamanı görülən tədbirlər və ilk tibbi yardım” mövzusunda maarifləndirici dərs təşkil olundu.

Məktəblilər yol-nəqliyyat hadisələri və digər bədbəxt hadisələr zamanı xəsarət alanlara vaxtında və düzgün ilk yardım göstərilməsi qaydaları, təcili tibbi yardım maşını gələnə qədər qəza yerində davranış qaydaları, ilk yardımın həyat xilası üçün əhəmiyyəti haqqında məlumatlandırıldılar.