XƏBƏRLƏR

“Cəmiyyətdə gender əsaslı cins seçiciliyinin, qızların təhsildən yayınması hallarının və erkən nikahların qarşısının alınması” mövzusunda məlumatlandırıcı seminar təşkil olundu

132-134 nömrəli Təhsil Kompleksində “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar arasında maarifləndirmə işi davam edir.

23.11.2022-ci il tarixində yuxarı sinif şagirdləri üçün məktəbin psixoloqları tərəfindən “Cəmiyyətdə gender əsaslı cins seçiciliyinin, qızların təhsildən yayınması hallarının və erkən nikahların qarşısının alınması” mövzusunda məlumatlandırıcı seminar təşkil olundu.

Seminarda məktəblilərə məlumat verildi ki, oğlan uşaqlarına verilən üstünlük Azərbaycanda mövcud olan patriarxal ailə strukturu və təcrübələrinin endemik tərkib hissəsini təşkil edir ki, bu da sosial və iqtisadi cəhətdən oğlan uşaqlarına qızlardan daha çox dəyər verilməsini şərtləndirən sosial müstəvidə bərqərar olmuş amillərdən qaynaqlanır. Miras və torpaq hüquqları üzərində vərəsəlik əsasən nəsildəki kişi xətti boyunca keçir; bundan əlavə, işçi qüvvəsinin strukturunda daha çox kişilərin yer alması onları ailə gəlirlərinin təmin edilməsində daha həlledici mövqeyə çıxarır. Həmçinin yaşlı valideynlər effektiv sosial təminat mexanizmləri olmadığı təqdirdə əksər hallarda məhz oğullarının dəstəyindən asılı durumda olur. Bütün bunlarla yanaşı, cəmiyyətin yazılmamış qanunları yalnız oğulların ailə soyadını davam etdirmələrini və bəzi dini və mədəni ayinləri həyata keçirmələrini diktə edir.

Mövcud dəlillər bazası və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən məlumatlandırma və maarifləndirmə səyləri artıq ölkədə müvafiq siyasət çərçivəsinin təsdiqlənməsinə töhfəsini vermişdir. Dəlillərə əsaslanan məlumatlar bazasının və aidiyyatı siyasət çərçivəsinin inkişafı ilə yanaşı, BMT-nin Əhali Fondunun ölkə ofisi öz fəaliyyətində Azərbaycanda gender əsaslı cins seçiciliyinin, eləcə də erkən nikahların qarşısının alınması və aradan qaldırılması prosesində kişilərin müttəfiq və tərəfdaş kimi cəlb edilməsinə fokuslanan məlumatlandırma, maarifləndirmə və ictimai vəkillik fəaliyyətlərinə xüsusi yer ayırır.

XƏBƏRLƏR

“Korrupsiyaya yox deyirik!” mövzusunda yuxarı sinif şagirdləri arasında müstəqil iş

132-134 nömrəli Təhsil Kompleksində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilverənlər və təhsilalanlar arasında geniş maarifləndirmə işi davam edir.

Cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə tədbirləri çərçivəsində yuxarı sinif şagirdləri müstəqil iş formatında “Korrupsiyaya yox deyirik!” mövzusuna həsr olunan xüsusi posterlər hazırlayıblar.

XƏBƏRLƏR

“Cəmiyyətdə insan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda məlumatlandırıcı dərs

132-134 nömrəli Təhsil Kompleksində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi üzrə təhsilalanlar arasında maarifləndirmə işi davam edir.

21.11.2022-ci il tarixində məktəblilər üçün “Cəmiyyətdə insan hüquq və azadlıqlarının müdafiəsi” mövzusunda məlumatlandırıcı dərs təşkil olundu.

Dərsdə “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsi, bu sahədə beynəlxalq və milli qanunvericilik, insan hüquqlarını müdafiə edən qurumlar haqqında məktəblilərə məlumat verildi.

XƏBƏRLƏR

“İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla mübarizə” mövzusunda informativ dərs

132-134 nömrəli Təhsil Kompleksində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar arasında maarifləndirmə işi davam edir.

21.11.2022-ci il tarixində yuxarı sinif şagirdlərinin iştirakı ilə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla mübarizə” mövzusunda informativ dərs təşkil olundu.

Dərsdə şagirdlər insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması haqqında danışdılar, insan alveri probleminin sosial-psixoloji aspektlərini təhlil etdilər və bu halların  aradan qaldırılması ilə bağlı təkliflərlə çıxış etdilər.

XƏBƏRLƏR

“Farhause” neon ev muzeyinə ekskursiya təşkil olundu

Azərbaycan bölməsi “8 ç” sinif şagirdləri “Farhause” neon ev-sənət muzeyində ekskursiyada oldular.

Unikal neon ev muzeyi “Farhouse” iki mərtəbədən ibarətdir. Ev sahibi və bütün bunların yaradıcısı, neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada F.Ələkbərovun öz işlərindən başqa onun dostlarının və həmkarlarının işləri nümayiş olunur. Elə bu da “Farhouse”un spesifik xüsusiyyətlərindəndir – o, özlüyündə bir növ art-holdinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri – heykəltəraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.

F.Ələkbərovun istifadə etdiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel – mistik və hədsiz gözəl reallığa qərq olsun.

Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.

Ekskursiya rəhbəri: “8 ç” sinif rəhbəri, Kompleksin İngilis dili müəllimi Əzimova Mehriban

XƏBƏRLƏR

Rus bölməsi “2 c” sinifində “Tolerantlıq – sülh yoludur” mövzusunda dərs

Hər il noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur.

Rus bölməsi “2 c” sinifində “Tolerantlıq – sülh yoludur” mövzusunda təşkil olunan Rus dili dərsi “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olundu.

Dərsdə Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri, tolerantlıq haqqında bildiklərimiz və bilmədiklərimiz haqqında yeni məlumatlar əldə edən məktəblilər müstəqil iş formatında dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış edən posterlər hazırladılar.

Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu gün Azərbaycan dünyada həm də tolerantlıq nümunəsi kimi tanınır.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı”dır

Məlum olduğu kimi, bu il BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq hüquqları haqqında Konvensiyanın Azərbaycanda ratifikasiya edilməsinin 30 ili tamam olur. Hər il olduğu kimi, bu il də həmin Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq hüquqları aylığı” elan edilir.

“Uşaq hüquqları aylığı” çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində uşaq hüquqları mövzusunda maarifləndirici tədbirlər, Təşkilat saatlarında bu mövzuya həsr olunan dərslər və seminarlar təşkil olunur.

“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.

Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilir. Bildirilir ki, ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.

Bundan əlavə, 44 günlük Vətən Müharibəsi dövründə Ermənistan tərəfinin Azərbaycanın mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində 10-dan çox uşağın həlak olması, 50 nəfərinin yaralanması, bir çox uşağın isə valideynlərini itirmələri barədə məlumat verilir. Qeyd edilir ki, mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil, səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, səhiyyə və digər hüquqlarının pozulmasına gətirib çıxarıb. Vurğulanır ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Bildirilir ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

XƏBƏRLƏR

Azərbaycan bölməsi “2 b” sinif şagirdləri Nəriman Nərimanovun Xatirə Muzeyində ekskursiyada oldular

Azərbaycan bölməsi “2 b” sinif şagirdləri Nəriman Nərimanovun Xatirə Muzeyində ekskursiyada oldular.

İlk öncə, məktəblilər ictimai fikir tariximizin görkəmli nümayəndələrindən olan yazıçı, publisist, maarifçi-pedaqoq, həkim, görkəmli dövlət xadimi Nəriman Nərimanova həsr olunan dərsdə bu böyük şəxsiyyətin həyatı, fəaliyyəti, xidmətləri haqqında yeni məlumatlar əldə etdilər.

Daha sonra Nəriman Nərimanovun xatirə muzeyini ziyarət edən şagirdlər buradakı ekspozisiyalarda nümayiş olunan nadir fotolar, şəxsi əşyalar, tibbə dair əsərlərin müxtəlif illərdəki nəşrlərindən nümunələrlə tanış oldular.

Məktəblilər həmçinin muzeydə “8 noyabr – Zəfər Günü” münasibətilə təşkil olunan “Böyük qayıdış” sərgisində iştirak etdilər.

VİDEO

XƏBƏRLƏR

Rus bölməsi “2 d” sinif şagirdləri “Suraxanı” tanker-muzeyində ekskursiyada oldular

Rus bölməsi “2 d” sinif şagirdləri “Suraxanı” tanker-muzeyində ekskursiyada oldular.

Bələdçilər muzey haqqında məktəblilərə ətraflı məlumat verdilər. Ümumilikdə 10 zaldan ibarət tanker-muzeydəki eksponatlarla yanaşı, zalların qeyri-adi quruluşu və burada tətbiq olunan innovativ yeniliklər şagirdlərin böyük marağına səbəb oldu.

Ekskursiya rəhbəri: Pedaqoq Əşrəfova Nərgiz

VİDEO

XƏBƏRLƏR

“44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsinin qalibləri

şərh yoxdu

44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin ikinci ildönümü və 8 Noyabr – Zəfər Günü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri arasında “44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsi keçirildi.

Müsabiqənin keçirilməsində əsas məqsədlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfər haqqında məktəbliləri geniş məlumatlandırmaq, eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxararaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaqdır.

132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin böyük marağına səbəb olan və çoxsayda videoçarxın təqdim olunduğu müsabiqənin qalibləri:

  • “X B” sinif şagirdi İmranov Heydər və “VIII C” sinif şagirdi Quluzadə Aysu
  • “X A” sinif şagirdi Şalbuzov Əbdülrəşid
  • “IX F” sinif şagirdi Osmanəliyeva Saule
  • “VII IB” şagirdi Novruzzadə Vaqif

“44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsinin qalibləri Təhsil Kompleksinin diplomları ilə təltif olundular.

Video 1: İmranov Heydər və Quluzadə Aysu

Video 2: Şalbuzov Abdulraşıd

Video 3: Osmanaliyeva Saule

Video 4: IB şagirdi Novruzzadə Vaqif