Noyabrın 30-da 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları tərəfindən yuxarı sinif şagirdləri üçün “Azərbaycan xəritəsi: tarixin izi ilə” mövzusunda geniş mühazirə təşkil olundu.
Mühazirə zamanı gənc nəslin sosial şəbəkələrdə fəallığını nəzərə alaraq, internet resurslarında mövcud materiallar, xüsusilə tarixi sənədlər, xəritələr və faktlar barəsində ayıq-sayıq olmalarının vacibliyinə diqqət çəkildi. Məktəblilərə Azərbaycanın tarixi xəritələri və sənədlərlə bağlı düzgün mənbələrdən istifadə qaydaları ətraflı izah olundu.