XƏBƏRLƏR

Rus bölməsi “3 a” sinif şagirdlərinin iştirakı ilə maraqlı dərs

şərh yoxdu

Rus bölməsi “3 a” sinif şagirdləri Rus dili dərsində “İsmin hallarının təyin edilməsi” mövzusunu maraqlı üsulla öyrəndilər.

Məktəblilər üçün həmişə çətin olan bu mövzunu oyunəsaslı metodla öyrənən şagirdlər həm əyləndilər, həm məsələyə yaradıcı yanaşdılar, həm də ismin düzgün halını təyin etməyi, o hala aid sözü tapmağı və bu sözlə ismə sual verməyi öyrəndilər.

Pedaqoq: Qaziyeva Gülər 

XƏBƏRLƏR

“İngilis dili” fənn kafedrası müəllimlərinin iştirakı ilə “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa”

şərh yoxdu

Martın 1-də Təhsil Kompleksinin “İngilis dili” fənn kafedrası müəllimlərinin iştirakı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa” ətrafında mövzu ilə əlaqədar geniş müzakirə və fikir mübadiləsi aparılıb, fənn müəllimləri görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda bütün sahələrin inkişafında misilsiz rolundan, uğurlu daxili və xarici siyasətindən bəhs etdikləri təqdimatlarla çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən və milli mənafelərə əsaslanan xarici siyasət kursunun nailiyyətləri, Ulu Öndərin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin diplomatik siyasətinin uğurları və Azərbaycanın ildən-ilə artan qüdrəti, Vətən müharibəsində xalqımızın qələbəsini şərtləndirən çoxsaylı amillər vurğulanıb.

“Dəyrimi masa” iştirakçıları dahi şəxsiyyət haqqında bir-birindən maraqlı xatirələrini bölüşüb, Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəsil və məktəblilər arasında təbliğinin daha da genişlənməsi üçün rəy və təkliflərini bildiriblər.