XƏBƏRLƏR

Məşhur və tarixi “Murzilka” jurnalının 99 illik yubileyi münasibətilə xüsusi dərs

şərh yoxdu

Bu gün məşhur uşaq ədəbi və incəsənət jurnalı “Murzilka” jurnalının 99 illik yubileyi tamam olur. 16 may 1924-cü ildən nəşr olunan və əsasən ibtidai sinif şagirdlərinə ünvanlanan jurnal ən uzun nəşr müddəti olan uşaq dərgisi kimi Guinness Rekorlar Kitabına daxil edilib. Uşaqlar üçün “Murzilka” jurnalının əsas fərqləndirici xüsusiyyəti yüksək keyfiyyətli uşaq ədəbiyyatı nümunələrini təqdim etməsidir.

Bu gün rus bölməsi “2 c” sinifində məşhur və tarixi jurnalın 99 illik yubileyi münasibətilə xüsusi ““Murzilka” – rus uşaq ədəbiyyatının güzgüsüdür” mövzusunda dərs təşkil olundu. Məktəblilər jurnalın tarixi, zəngin arxivi, məşhur redaktorları ilə tanış oldular və öyrəndilər ki, ədəbi jurnallar oxucularla yazıçılar arasında bağdır. Bir çox nəsil uşaq üçün “Murzilka” jurnalı ədəbiyyat dərsliklərinə əlavə xidmətlər göstərib. Jurnalın daimi başlıqları maraqlı, məlumatlandırıcı materiallarla doludur, oyunlar, tapmacalar, rebuslar, krossvordlar, rəngləmə və evdə hazırlanan məhsullar var. Jurnal oxucularını məşhur uşaq yazıçıları, illüstratorlar və onların əsərləri ilə tanış etmək kimi gözəl bir ənənəyə malikdir və bu müsbət tarixi ənənə uğurla davam edir.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Məktəb psixoloqu “Uşaq hüquqları” mövzusunda maarifləndirici təşkilat saatları keçirir

şərh yoxdu

Uşaq psixologiyasının formalaşmasında ailənin, ailənin olduğu qədər məktəbin və müəllimin rolu var. Günün yarısını məktəbdə keçirən şagirdə sinif yoldaşlarının, onunla bərabər yuxarı və aşağı siniflərdə təhsil alan uşaqların mümkün təsirini görməzdən gəlmək mümkün deyil. Təhsil mühiti uşağın davamiyyətinə, təhsilinə və hətta bütövlükdə həyatına təsir göstərir.

132-134 nömrəli Təhsil Kompleksində psixoloji xidmətin səviyyəsini artırmaq üçün ibtidai siniflərdən başlayaraq bütün yaş qrupları üzrə siniflərdə məktəblilərlə xüsusi məsləhət saatları keçirilir, Kompleksin psixoloqları şagirdlərlə ünsiyyətdə olurlar. Bu zaman diaqnostik işlər aparılır, şagirdin sinif yoldaşları ilə qarşılıqlı münasibətləri, uşağın məktəbə hazırlığı, ibtidai məktəbdən orta məktəbə keçməyə hazırlıq və s. məsələlərin keyfiyyətlə həll olunmasına nail olunur.

Bu gün, Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bir çox ibtidai siniflərdə oldu, məktəblilərlə görüşdü və onlarla “Hüquqlarımızı bilək”, “Uşaq hüquqları”, “Dostluq” mövzusunda maarifləndirici, profilaktik məsləhətlər keçirdi. Söhbət zamanı məktəblilər həmyaşıdları ilə münasibətləri, bu zaman yaranan dostluqlar və mümkün çətinlikləri müəyyən etməyə çalışdılar, münasibətlərdə yaranan çətinliklər üzərində fərdi və qrup qaydada işləməyi öyrəndilər.

XƏBƏRLƏR

“Heydər Əliyev İli” çərçivəsində keçirilən “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!” adlı layihənin qalibləri mükafatlandırıldı

şərh yoxdu

“Heydər Əliyev İli” çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində keçirilən və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!” adlı layihənin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin “MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!” layihəsində şeir, inşa yazı, rəsm, STEAM, ən yaxşı video-rolik, mahnı müsabiqələri və şahmat, futbol idman yarışları üzrə I, II və III yerin qalibləri olan Kompleks şagirdləri diplomlarla mükafatlandırıldılar.

#ÜmummilliLider #UluÖndər #HeydərƏliyev #HeydərƏliyev100

XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ilk dərslər Ümummilli Lider Heydər Əliyevə həsr olundu

şərh yoxdu

Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Təhsil Kompleksimizin ibtidai siniflərində ilk dərslər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu.

Dərslərdə müəllimlər şagirdlərə xalqımızın Ümummilli Liderinin həyat yolu və zəngin siyasi irsi barədə geniş məlumat verdilər. Məktəblilər Ulu Öndərə həsr olunan təqdimatlarla çıxış etdilər, şerlər səsləndirdilər.

Birincilərimiz üçün Kompleksin “Ulu Öndər Heydər Əliyev” Muzeyinə ekskursiyalar təşkil olundu.

Foto: Azərbaycan bölməsi  “2 a”, “2 c”, “3 c”, “4 a”, Rus bölməsi  “1 a”, “1 b”, “1 c”, “1 e”, “2 a”, “2 b”, “3 c”, “4 b”

XƏBƏRLƏR

Ulu Öndərin 100 illik yubileyi münasibətilə xüsusi dərs təşkil olundu

şərh yoxdu

Rus bölməsi “2 c” sinif şagirdləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər və müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz və əbədiyaşar xatirəsini ehtiramla yad etdilər.

Ulu Öndərin 100 illik yubileyi münasibətilə xüsusi dərs təşkil olundu, məktəblilər Ümummilli Liderin şərəfli həyat yolu, dövlət quruculuğu və zəngin siyasi irsi haqqında təqdimatlar, posterlər hazırladılar, çıxışlar etdilər.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” adlı yubiley tədbiri keçirildi

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Heydər Əliyev – 100: Böyük ömrün dastanı” adlı yubiley tədbiri keçirildi.

Yubiley tədbirində Azərbaycanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, tanınmış kinorejissor Vaqif Mustafayev, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və digər qonaqlar iştirak etdilər.

İlk öncə Dövlət Himni səsləndirildi.

Çıxış edən Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova müstəqil Azərbaycan dövləti üçün ən taleyüklü dövrlərdə misilsiz tarixi xidmətlər göstərmiş böyük şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskarlıq rolu, mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi barədə danışdı. S.Xanlarova qeyd etdi ki, bütün həyatını Azərbaycanın tərəqqisi, xalqımızın rifahına həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük xidmətlərindən biri şah əsəri olan Azərbaycanı sağlığında layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyevə etibar etməsidir. Azərbaycanda ötən dövr ərzində istisnasız bütün sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar, ölkəmizin ildən-ilə dinamik inkişafı, ən əsası isə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm qələbəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən ideyalarının və Prezident cənab İlham Əliyevin düşünülmüş və Azərbaycan xalqının milli maraqlarına xidmət edən siyasətinin təntənəsidir. Vurğulandı ki, Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi olduqca önəmlidir. Çünki görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin həyat yolu və zəngin irsi, Onun Vətən sevgisi və Azərbaycançılıq məfkurəsi gənc və gələcək nəsillərimiz üçün böyük örnəkdir. S.Xanlarova Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərini xüsusi vurğulayaraq görkəmli dövlət xadiminin ümumtəhsil məktəblərinə, müəllim peşəsinə, şagirdlərə və Azərbaycanın gələcəyi olan gənclərə olan diqqət və qayğısından geniş bəhs etdi. Bildirildi ki, Ulu Öndərin əziz xatirəsi xalqımız tərəfindən əbədiyyən yaşadılacaq, Ümummilli Lider Heydər Əliyev hər zaman böyük sevgi və ehtiramla yad olunacaqdır.

Ulu Öndər Heydər Əliyev haqqında 12 sənədli filmin və “Heydər Əliyev” bədii filminin müəllifi olan Azərbaycan Respublikasının xalq artisti Vaqif Mustafayev çıxışında Ümummilli Lider haqqında böyük hörmət və ehtiramla danışdı. Kinorejissor qeyd etdi ki, “Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük və unudulmaz şəxsiyyətlərdən biri idi. İllər gəlib keçəcək, zaman ötəcək, nəsillər dəyişəcək, lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri heç vaxt unudulmayacaq. Xüsusilə, mədəniyyət və kino işçilərinə onun göstərdiyi diqqət və qayğı hər cür təqdirə layiqdir. Bu sahədə fəaliyyət göstərən elə sənətkar tapmaq olmaz ki, Ulu Öndərin qayğısından kənarda qalsın. Mən dünya şöhrətli belə bir şəxsiyyəti tanıdığıma və onun həyatının müəyyən epizodlarını kinolentin yaddaşına köçürdüyümə görə qürur hissi duyuram.” Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qarabağ zəfərinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük hədiyyə olduğunu vurğulayan V.Mustafayev Heydər Əliyev haqqında çəkdiyi filmlərin, o cümlədən “Heydər Əliyev. Bir həsədin tarixi” və “Heydər Əliyev. Əsl məhəbbət haqqında” sənədli filmlərinin ərsəyə gəlməsi, dahi şəxsiyyətlə şəxsi görüşləri, səmimi söhbətləri barədə geniş bəhs etdi və Ulu Öndər haqqında unudulmaz xatirələrini məktəblilərlə bölüşdü. V.Mustafayev məktəblilərə yaxşı təhsil almağı və Vətənə layiq vətəndaşlar kimi yetişməyi tövsiyə etdi.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin həyatının bütün mərhələlərində daim Azərbaycanın inkişaf və tərəqqisi naminə çalışdığını, Ulu Öndər tərəfindən əsası qoyulan dövlət siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən eyni həssaslıq və uğurla davam etdirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin gənclər sahəsinə olan diqqəti bu sahənin inkişafını şərtləndirən əsas amillərdən biri idi. Ölkəmizdə gənclərin sağlam, vətənpərvər və milli ruhda inkişafını özünün əsas istiqaməti olaraq müəyyənləşdirən “İrəli” İctimai Birliyi də bu sahədə fəaliyyəti ilə dövlət gənclər siyasətinə töhfələr verməkdədir.

Yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin sevdiyi mahnılar pianinoda ifa olundu, Ümummilli Liderin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətinin əks olunduğu videoçarxlar nümayiş olundu. 132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin ifasında müstəqil və müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan ədəbi-bədii kompozisiya səsləndirildi və səhnəciklər təqdim olundu.

XƏBƏRLƏR

IB şagirdləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər

şərh yoxdu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksinin IB MYP (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) 8-ci sinif şagirdləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.

Məktəblilər müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin əziz və əbədiyaşar xatirəsini ehtiramla yad etdilər.

#ÜmummilliLider #UluÖndər #HeydərƏliyev #HeydərƏliyev100

XƏBƏRLƏR

Faşizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə xüsusi dərslər

şərh yoxdu

Faşizm üzərində Qələbənin 78-ci ildönümü münasibətilə xüsusi dərslər təşkil olundu.

Faşizm üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olub, Bakı nefti əvəzsiz rol oynayıb.

İkinci Dünya müharibəsinin veteranları ilə qürur duyur, böyük şücaətlə iştirak etdikləri döyüşlərdə həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad edirik!

Foto: Rus bölməsi “2 c” sinifi və Azərbaycan bölməsi “7 b” sinifi

XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə IB bölməsinin təşkilatçılığı ilə “Gənc tədqiqatçıların Konfransı” keçirildi

şərh yoxdu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) və 245 nömrəli orta məktəbin şagirdlərinin iştirakı ilə “Gənc tədqiqatçıların Konfransı” keçirildi.

132-134 nömrəli Təhsil Kompleksi və 245 nömrəli orta məktəbin birgə təşkilatçılığı ilə keçirilən Konfransda məktəblilər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti üçün tarixi xidmətlərinə həsr olunan çıxışlar etdilər.