XƏBƏRLƏR

İbtidai siniflərdə Anım günü ilə bağlı dərslər təşkil olundu

27 sentyabr – Anım Günündə 132-134 nömrəli Təhsil Kompleksində bütün ibtidai siniflərdə Anım günü ilə bağlı dərslər təşkil olundu. Dərslərdə 44 günlük Vətən müharibəsi, xalqımızın tarixi Qarabağ Zəfəri və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olan Vətənin igid övladları haqqında məlumat verildi.

Məktəblilər Təhsil Kompleksinin Tarix Muzeyində yaradılmış Şəhid məzunlar guşəsini və Kompleksin qəhrəman məzun Şəhidlərinin barelyeflərini ehtiramla ziyarət etdilər, qəhrəman Şəhidlərə və tarixi Qarabağ Zəfərinə həsr olunan şerlər səsləndirdilər və rəsmlər çəkdilər.

Foto: Azərbaycan bölməsi “1 a”, “1 c”, “2 a”, “2 b”, “2 d”, “3 b”, “3 c”, “4 c”; Rus bölməsi “1 b”, “1 e”, “2 b”, “3 c”, “3 d”, “3 e”, “3 f”, “4 b”, “4 c”

#AnımGünü #ŞəhidlərimizəEhtiramla #QarabağAzərbaycandır

 

XƏBƏRLƏR

27 sentyabr – Anım Günündə bütün siniflərdə “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu!” mövzusunda dərslər keçirildi

Bu gün, 27 sentyabr – Anım Günündə 132-134 nömrəli Təhsil Kompleksində bütün siniflərdə “VƏTƏN VAR OLSUN!” şüarı ilə günə başlanıldı, “HÜQUQUNDAN KEÇƏN ƏSGƏR, HƏRƏ BİR QƏHRƏMAN OLDU!” mövzusunda dərslər keçirildi.

Bütün siniflərdə Anım günü ilə bağlı təşkil olunan dərslərdə Vətən müharibəsi Şəhidlərinin xatirəsi ehtiramla yad edildi, məktəblilərə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumat verildi. Qeyd olundu ki, gənc və gələcək nəsillər hər daim Şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.

Məktəblilər Təhsil Kompleksinin Tarix Muzeyində yaradılmış Şəhid məzunlar guşəsini və Kompleksin qəhrəman məzun Şəhidlərinin barelyeflərini ehtiramla ziyarət etdilər və 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin əbədiyaşar xatirəsini böyük məhəbbət və qürurla yad etdilər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə əbədi olaraq yaşayacaq.

Foto: Azərbaycan bölməsi “5 b” sinifi, sinif rəhbəri Kompleksin Ərəb dili müəllimi Məmmədova Gülnara

#AnımGünü #ŞəhidlərimizəEhtiramla #QarabağAzərbaycandır

XƏBƏRLƏR

Məktəb mühitinə psixoloji dəstək: psixoloq siniflərdə dərs prosesini müşahidə etdi

Məktəblilərin problemləri yaş qruplarından asılı olaraq dəyişir. İbtidai sinifdə, orta siniflərdə və yeniyetmələrdə ortaya çıxan problemlər bir-birindən kəskin fərqlənir. Odur ki, psixoloqlar problemə diaqnoz qoyarkən ilk növbədə uşaqların yaşını nəzərə alırlar.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün müxtəlif yaş qrupunda olan uşaqlarla görüşdü, siniflərdə dərs prosesini müşahidə etdi və məktəblilərin sevdiyi və sevmədiyi fənlər üzrə sorğu keçirərək müxtəlif siniflərdə müəllimlərə uşaqların yaş qrupuna uyğun diaqnostika və korreksiya tövsiyələri verdi.

XƏBƏRLƏR

Təhsil Kompleksində müxtəlif yaş dövrlərində olan məktəblilər ilə psixoloji maarifləndirmə və profilaktika işləri davam edir

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün VI-IX sinif şagirdlərinin dərs prosesinə və məktəbə adaptasiyasını müşahidə etmək üçün siniflərdə oldu. Psixoloq şagirdlərlə qısa sual-cavablar əsasında yeniyetmələrdə keçid dövrü, müxtəlif yaş qruplarında yeni tələblərə uyğunlaşma, şəxsiyyət (6-cı sinif) və peşəkar olaraq (9-cu sinif) öz müqəddəratını təyinetmə dövrünün başlanğıcı ilə əlaqədar yarana biləcək risk faktorlarının diaqnostikasını apardı.

Sinif müəllimləri ilə söhbət zamanı “uşaqları tərbiyə edərək öyrətmək və öyrədərək tərbiyə etmək – bu yol psixoloji və pedaqoji baxımdan səmərəli yoldur” prinsipi bir daha vurğulandı.

XƏBƏRLƏR

Məktəb psixoloqu uşaqların məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyən etmək üçün ibtidai sinif şagirdləri ilə görüşdü

Məktəb psixoloji xidmətində əsas işlərdən biri uşaqların məktəbə psixoloji hazırlığının diaqnostikasını verməkdir. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək bir tərəfdən məktəbdə ilk gündən şagirdlərin potensialına uyğun iş aparmaq, digər tərəfdən həmin sahədəki mümkün çatışmazlıqları aradan qaldırmaq üçün şərait yaradır. Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmağa, bu sahədə onun valideyninə və müəllimlərinə müvafiq məsləhətlər verməyə imkan verir. Bununla da şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün Azərbaycan bölməsi üzrə ibtidai sinif şagirdləri ilə görüşdü və uşaqların məktəb təliminə psixoloji cəhətdən hazırlığını müəyyən edən keyfiyyət göstəriciləri üzrə I-IV siniflərdə məktəblilərlə sorğu təşkil etdi.

Məktəblilərlə söhbət zamanı uşaqlarda məktəb və təlim vəzifələrinin mənasını başa düşmək, özünənəzarət və özünüqiymətləndirmə vərdişlərini şüurlu surətdə dərk etmək, şagirdlərin müəllimləri və yoldaşları ilə davranış tərzi və iradi keyfiyyətlərin, xüsusilə fəallıq, təşəbbüskarlıq və s. inkişafı üzrə ümumi situasiya psixoloq tərəfindən siniflər üzrə qiymətləndirildi. IV sinif şagirdləri ilə onlar üçün bu ilin önəmi ilə bağlı xüsusi söhbət təşkil edildi və məktəblilərə dərslərinə qarşı daha məsuliyyətli olmaq tövsiyə edildi.

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində Bilik günü qeyd olundu

Sentyabrın 15-də ölkəmizdə yeni 2023-2024-cü tədris ili başlayır. 132-134 nömrəli Təhsil Kompleksində şagirdlər, müəllimlər və valideynlər Bilik gününü həmişə olduğu kimi, bu il də böyük sevinclə qeyd etdilər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf edən bu əlamətdar Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, müəllimləri, valideynləri təbrik etdi. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran direktor qeyd etdi ki, bu kəlam milli təhsilimizin inkişafının ana xəttini təşkil edir. Vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin siyasətini eyni həssaslıqla və uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin təhsilə yüksək diqqəti nəticəsində icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından formalaşdırılması və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Vurğulandı ki, uzun illərdir 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan, Rus və İngilis bölmələri üzrə tədris həyata keçirilir, eyni zamanda iki böyük beynəlxalq layihə – “Ana Məktəb” və “Beynəlxalq Bakalavriat Proqramı” uğurla icra olunur.

Azərbaycan xalqının tarixi Zəfər qazandığı 44 günlük Vətən müharibəsi qalibiyyətinin bu il növbəti ildönümünü qürurla qeyd etdiyimizi diqqətə çatdıran S.Xanlarova Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidi – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələrini xüsusi ehtiramla yad etdi. Xüsusi vurğulandı ki, xalqımız işğaldan azad olunan doğma torpaqlarımızın möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yenidən dirçəldilməsi naminə həyata keçirilən möhtəşəm bərpa-quruculuq layihələrini ürəkdən alqışlayır və dəstəkləyir.

Sonda birinciləri Bilik Günü münasibətilə xüsusi təbrik edən direktor bütün şagirdlərə uğurlu tədris ili və təhsil həyatlarında yüksək nailiyyətlər arzuladı.

Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin valideynləri, Səbail rayon İcra Hakimiyyətinin nümayəndəsi, eləcə də bu il övladları Təhsil Kompleksində təhsil alacaq valideynlər adından çıxış edən Xalq artisti, bəstəkar Aygün Səmədzadə, Azərbaycanın əməkdar artisti, əfsanəvi “Parni iz Baku” KVN komandasının üzvü Tahir İmanov, Respublikanın Əməkdar incəsənət xadimi Cəmil Quliyev bu gün birinci sinifə qədəm qoyan balacaları təbrik etdilər və onlara uğurlar dilədilər.

Tədbirdə rəqslər ifa olundu və mahnılar səsləndirildi.

Sonra Bilik günündə ilk zəng çalındı və birincilər böyük sevinclə siniflərə daxil oldular.

Təhsil Kompleksində bütün siniflərdə ilk dərslər “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur!” mövzusuna həsr olundu.

Hər kəsə yeni tədris ilində uğurlar arzulayırıq.

#SalamMəktəb

XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzinin parkında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan konsert keçirilib

şərh yoxdu

İyunun 15-də Heydər Əliyev Mərkəzinin parkında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və hakimiyyətə qayıdışının 30 illiyi münasibətilə 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Azərbaycanın tanınmış estrada ulduzları və incəsənət xadimlərinin iştirak etdiyi, yüksək əhval-ruhiyyə ilə keçən bayram tədbirində 132-134 nömrəli Təhsil Kompleksinin müəllim-şagird kollektivi də iştirak edib.

Foto: Azərbaycan bölməsi “8 b” sinifi, sinif rəhbəri Kompleksin İngilis dili müəllimi Manaflı Gülər

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi

şərh yoxdu

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirildi.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin valideynləri, Elm və Təhsil Nazirliyinin və Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, valideynlər, müəllimlər, məzun şagirdlər iştirak etdilər.

“Son zəng” tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Bu “Son zəng” tədbirinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd olunduğu ilə təsadüf etdiyini xüsusi vurğulayan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın Əməkdar müəllimi Sara Xanlarova onbirinciləri bu əlamətdar “Son zəng” münasibətilə təbrik etdi, məzunlara gələcək həyatlarında uğurlar dilədi və onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı. Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını diqqətə çatdıran direktor qeyd etdi ki, yetişməkdə olan nəsil Ümummilli Liderin həyat və fəaliyyətini dərindən öyrənməli, məktəblilər gələcək həyat yolunda məhz Ulu Öndərin dövlətə və millətə sədaqətini, yorulmazlığını, prinsipiallığını örnək almalıdır. Vurğulandı ki, Heydər Əliyevin şah əsəri olan və möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində dünyanın sayılıb-seçilən, qalib dövləti – müstəqil Azərbaycanı gələcəkdə daha da irəli aparmaq üçün gənc və gələcək nəsillər yaxşı təhsil almalı, ixtisaslı mütəxəssislər kimi formalaşmalı, xarici dillərə yiyələnməli və Azərbaycanı dünyanın hər yerində yüksək səviyyədə təmsil etməlidirlər.

Çıxışı zamanı direktor 132-134 nömrəli Təhsil Kompleksinin tarixi, bu təhsil ocağının məzunları və şagirdlərinin yerli və beynəlxalq nailiyyətləri haqqında danışdı. Azərbaycan xalqının 44 günlük müqəddəs Vətən müharibəsində Təhsil Kompleksinin üç qəhrəman məzun Şəhidinin – Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun, Birinci Qarabağ müharibəsi Şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun əziz xatirələri xüsusi ehtiramla yad olundu.

Məzunların həyatında yeni, məsuliyyətli mərhələnin başlandığını diqqətə çatdıran S.Xanlarova onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq Azərbaycanın gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə dair əminliyi ifadə etdi, onbirincilərə işıqlı yol, aydın səma, gözəl gələcək və milli-mənəvi dəyərlərimizlə, Azərbaycançılıq ilə hər zaman fəxr etməyi arzuladı.

Tədbirdə çıxış edən qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzuladılar və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə etdilər.

Tədbirdə şagirdlərin hazırladıqları və onbirincilərin iştirak etdiyi ədəbi-bədii kompozisiyalar nümayiş olundu, məzunların çıxışları dinlənildi.

Daha sonra simvolik “Bilik açarı” onbirincilər tərəfindən növbəti tədris ilində birinci sinifə başlayacaq olan Təhsil Kompleksinin builki “Ana Məktəb” məzunlarına təqdim olundu.

Sonda “Son zəng” çalındı. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə səmaya 100 ədəd şar buraxıldı və səmaya ağ göyərçinlər qalxdı.

XƏBƏRLƏR

“İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla mübarizə” mövzusunda informativ dərslər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası istiqamətində təhsilalanlar arasında maarifləndirmə işi davam edir.

Həm yuxarı, həm aşağı sinif şagirdləri üçün məktəb psixoloqlarının və fənn müəllimlərinin rəhbərliyi ilə “İnsan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla mübarizə” mövzusunda informativ dərslər təşkil olunur.

Dərslərdə şagirdlərə insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması haqqında məlumat verilir, insan alveri probleminin sosial-psixoloji aspektlərini təhlil edilər və bu halların  aradan qaldırılması ilə bağlı təkliflər irəli sürülür.