132-134 nömrəli Təhsil Kompleksində Rus bölməsi bütün V sinif şagirdlərinin əl işlərindən ibarət “Dünya məktəblilərin gözü ilə” rəsm sərgisi təşkil olunub.
Pedaqoqlar: Kompleksin STEAM müəllimləri Hüseynova Yeganə, Əliyeva Lalə, Səmədova Rübabə
132-134 nömrəli Təhsil Kompleksində Rus bölməsi bütün V sinif şagirdlərinin əl işlərindən ibarət “Dünya məktəblilərin gözü ilə” rəsm sərgisi təşkil olunub.
Pedaqoqlar: Kompleksin STEAM müəllimləri Hüseynova Yeganə, Əliyeva Lalə, Səmədova Rübabə
132-134 nömrəli Təhsil Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın 3-də Azərbaycan və İngilis (IB) bölməsi şagirdləri arasında Basketbol yarışı keçirildi.
01 may 2024-cü il tarixində Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında 132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “3 d” sinif şagirdlərinin iştirakı ilə açıq dərs təşkil olundu.
Açıq dərsdə məktəblilərə D.Mamin Sibiryakın “Серая шейка” nağılı səsləndirildi, nağıl personajları təhlil olundu, onların müsbət və mənfi keyfiyyətləri haqqında fikir mübadiləsi aparıldı.
Həmçinin şagirdlər kitabxananın uşaq şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Kitabxanada davranış qaydaları”, “Kitabxanada rəftar”, “Yubilyar kitablar”, “Kitabxananın Ən”ləri layihələri haqqında video-çarxlar nümayiş olundu.
Sonda məktəblilər kitabxananı ekskursiya etdilər.
Ekskursiya rəhbəri: Pedaqoq Əşrəfova Nərgiz
Bakı Şəhər İcra Hakimiyyətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 101-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. Paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi hal almış bu konfransda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər iştirak ediblər. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2700 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. 132-134 nömrəli Təhsil Kompleksinin 2 nəfər şagirdinin – Azərbaycan bölməsi “9 c” sinif şagirdi Rzayeva Cəmilənin (Rəhbər: Kompleksin Tarix müəllimi Xəlilova Pərvanə) və “8 b” sinif şagirdi Axundova Zəhranın (Rəhbər: Kompleksin Tarix müəllimi Səmədova Tünzalə) referatları Konfransda qalib seçilən 60 referat sırasındadır.
Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Aparıcılardan biri 132-134 nömrəli Təhsil Kompleksinin şagirdi Rzayeva Cəmilə olub. Konfransda qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2700 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcəkdir.
Mayın 6-da 132-134 nömrəli Təhsil Kompelksində “İnsan alveri” mövzusunda geniş maarifləndirici tədbir təşkil olundu.
Tədbirdə məktəblilərə insan alveri formaları və bu cinayət əməlinə qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verildi.
Rus bölməsi “3 c” sinifində “Sağlam planet məndən başlayır” mövzusunda dərs təşkil olundu.
Dərs planetimizin ekoloji baxımdan qorunması, ətraf mühitin mühafizəsi və bu işdə məktəblilərin bilavasitə iştirakı, həmçinin onların ekoloji maarifləndirilməsi mövzusuna həsr olunub. Məktəblilər mövzu ilə bağlı müstəqil iş formatında fikirlərini ifadə edərək, planetimizin qorunması və çiçəklənməsi üçün təkliflər fikirləşiblər.
Pedaqoq: Qəniyeva Sevda
Mayın 2-də 132-134 nömrəli Təhsil Kompleksində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə “Ulu Öndər Heydər Əliyev və tariximiz” adlı tədbir keçirildi.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail rayonu üzrə Gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, dəvət olunan qonaqlar və valideynlər iştirak etdilər.
Tədbirdə məktəblilər “Ulu Öndər Heydər Əliyev və tariximiz” mövzusunda Azərbaycan tarixinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Rus bölməsi şagirdləri tərəfindən Azərbaycan dilində ifa olunan və Azərbaycan tarixinə qısa ekskursiya formatında nümayiş olunan kompozisiyada Dədə Qorqud, Tomris, Cavanşir, Şah İsmayıl, Sara Xatun, Atabəy Eldəniz, Cavad xan, Şah Qacar və digər tarixi şəxsiyyətlərin obrazları canlandırıldı, “Vaqif” dramı səhnələşdirildi və Ana dilinin qorunması, Gəncənin müdafiəsi, Cavad xanın Azərbaycan xanlarının birləşməsi üçün çalışması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik dövrü, Prezident İlham Əliyevin Azərbaycanı ildən-ilə inkişaf edən qüdrətli ölkəyə çevirməsi, 44 günlük Vətən müharibəsində tarixi Qarabağ Zəfəri və Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam bərpası mövzuları məktəblilərin ifasında səsləndirildi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların, 132-134 nömrəli Təhsil Kompleksinin Birinci Qarabağ müharibəsi Milli Qəhrəmanı Riad Əhmədov, İkinci Qarabağ müharibəsinin qələbə Şəhidləri Nicat Tarıverdiyev, Fərid Əliyev, Yusif Budaqovun əziz xatirələri ehtiramla yad olundu.
Çıxış edən Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Azərbaycan tarixinin xronoloji ardıcıllıqla təqdim olunduğu və bir saat müddətində səhnələşdirilən ədəbi-bədii kompozisiyada, bütün təqdimatlarda məktəblilərin Azərbaycan torpağına böyük sevgisinin, vətənpərvərlik hissələrinin, müstəqil dövlətçiliyimizə bağlılığın bir daha nümayiş olunduğunu məmnuniyyətlə qeyd etdi.
S.Xanlarova 1993-cü il 15 iyun tarixində xalqın təkidi və istəyi ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı, müstəqil Azərbaycanın milli qurtuluşunun müasir tarixi haqqında danışdı. Vurğulandı ki, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü 200 il sonra bərpa etdi, Azərbaycan xalqına tarixini və qürurunu qaytardı. Bu gün, hər birimizin ürəyində artıq böyük fəxr hissi var, çünki Azərbaycan xalqı qürurlu və qalib xalqdır. Qeyd olundu ki, bugünki gəncləri xoşbəxt və firavan gələcək gözləyir.
Direktor məktəblilərə tövsiyələrini verdi ki, dünyanın hansı ölkəsində olmaqlarından asılı olmayaraq Azərbaycanı qürurla təmsil etsinlər və unutmasınlar ki, onlar azərbaycanlıdırlar, Azərbaycanın bir parçasıdırlar.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxışında bildirdi ki, ümumtəhsil məktəblərində bu formatdakı tədbirlərin təşkili gənclərdə vətənpərlik hissinin tərbiyəsi üçün önəmlidir. Bu gün səhnədə yüksək aktyorluq bacarığı nümayiş etdirən Rus bölməsi şagirdlərinin mükəmməl Azərbaycan dilində çıxışları məktəblilərin torpağına, bayrağına, Vətəninə bağlılığını ifadə edir. Çünki, Ana dilimizi sevmək və bu dildə səlis danışmaq, tariximizi bilmək, fəxr etmək və layiqincə tərənnüm etmək bizim xalqımıza bağlılığımızı ifadə edir. Türk milləti hər zaman döyüşkənliyi, qəhrəmanlığı, mərdliyi ilə seçilib və bunun təcəssümü müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gənclərinin 44 günlük Vətən müharibəsindəki tarixi Qarabağ zəfəri oldu. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün xoşbəxt və qalib xalqdır. Gənclərimiz bu dəyərləri yaşatmalı və bundan sonra da Azərbaycan bayrağını daim ucalarda dalğalandırmaq üçün çalışmalıdırlar.
Səbail rayonu üzrə Gənclər və idman sektorunun müdiri Zamin Əhmədov məktəb rəhbərliyinə məzmunlu tədbir təşkilatçılığı üçün təşəkkür etdi və məktəbliləri uğurlu çıxışları münasibətilə təbrik etdi.
Xoş təəssüratlarla yadda qalan tədbirdə sonda xatirə şəkilləri çəkildi.
Mayın 1-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) MBA proqramı üzrə “Biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi)” ixtisaslaşmasının I kurs magistrantları üçün “132-134 nömrəli Təhsil Kompleksinin strateji və optimal idarəetmə təcrübəsinin öyrənilməsi” mövzusunda master-klass (dərs-görüş) keçirildi.
“Təhsildə liderlik” fənni çərçivəsində auditoriyadan kənar dərs formatında təşkil olunan görüşdə ADPU-nun dosenti Şəbnəm Əsədova, Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, direktor müavinləri və magistrantlar iştirak etdilər.
İlk öncə magistrantlar 132-134 nömrəli Təhsil Kompleksinin Tarix Muzeyi, məktəbin infrastrukturu, kitabxanaları ilə tanış oldular və zəngin ənənələrə malik olan bu məktəbin tarixi, unudulmaz məzunları, Təhsil Kompleksinin tarixi inkişaf yolu haqqında geniş məlumatlar əldə etdilər.
Təhsil Kompleksinin Akt Zalında təşkil edilən master-klassda direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, maddi-texniki bazası, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında magistrantlara ətraflı məlumat verdi.
Magistrantlar məktəbin rəhbər işçilərinə mövzu ilə bağlı çoxsaylı suallar ünvanladılar. Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən dərs-görüşdə magistrantları maraqlandıran suallar ətraflı cavablandırıldı. Görüşdə gələcəkdə müsbət təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və 132-134 nömrəli Təhsil Kompleksi arasında yeni əməkdaşlıq imkanları müzakirə olundu.
İbtidai siniflərdə “Sağlam qidalanma” mövzusunda dərslər keçirilir. Dərslərdə şagirdlərə sağlam və qeyri-sağlam qidalar və onların insan orqanizminə təsiri barədə ətraflı məlumat verilir, mövzu ilə bağlı öyrədici videoçarxlar izlədilir.
Dərslərdə mövzu ilə bağlı şagirdlərlə fikir mübadiləsi aparılır.
Rus bölməsi “3 c” sinifində Yaponiyada baharın, gözəlliyin, zərifliyin, sevginin, uğurun simvolu olan Sakura Festivalı fəlsəfəsinə həsr olunan xüsusi dərs-gəzinti təşkil olundu.
Yaponların milli xarakterinin əsas xüsusiyyətlərinin simvolu olan sakura ağacı ilin müəyyən vaxtlarında çiçək açan və yalnız 10 gün yaşaya bilən ağacdır. Buna görə də Sakura həm doğumu, həm də ölümü simvolizə etdiyi üçün bizə həyatın nə qədər qısa və qiymətli olduğunu xatırladır. Bundan əlavə, sakura samuraylar üçün bələdçi rolunu oynayır. Ölümün də müharibənin bir parçası olduğunu xatırladaraq, başqa məna verirlər. Çiçəklərin altında gəzinti etmək və çiçəkləri seyr etmək ənənəsi olan “Hanami” yaponlar üçün çoxəsrlik ənənədir.
Məktəblilər bu çoxmənalı simvolun Yapon xalqı üçün daşıdığı fəlsəfi mənaları öyrəndilər və həm dərsdə, həm gəzintidə maraqlı anlar yaşadılar.
Pedaqoq: Qəniyeva Sevda