XƏBƏRLƏR

Azərbaycan bölməsi “5 a” sinifində “Mülki müdafiə” mövzusunda maarifləndirici-öyrədici xüsusi dərs təşkil olundu

şərh yoxdu

Aprelin 16-da Azərbaycan bölməsi “5 a” sinifində “Mülki müdafiə” mövzusunda maarifləndirici-öyrədici xüsusi dərs təşkil olundu. Dərsdə məktəblilər fövqəladə hal anlayışı, mülki müdafiə, fərdi mühafizə vasitələri, yanğın, sel və daşqınlar, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, ilkin tibbi yardım, “112” zəng xidmətindən istifadə mövzularında təqdimatlarla çıxış etdilər.

Foto: Azərbaycan bölməsi “5 a” sinifi, Sinif rəhbəri: Kompleksin Riyaziyyat müəllimi Quliyeva Məlahət

XƏBƏRLƏR

Təhsil Kompleksində “Mülki müdafiə” mövzusunda maarifləndirici-öyrədici xüsusi tədbirlər, tətbiqi seminarlar, sinif otaqlarında məktəblilərlə söhbətlər təşkil olundu

şərh yoxdu

Aprelin 16-da Kompleksimizdə “Mülki müdafiə” mövzusunda maarifləndirici-öyrədici xüsusi tədbirlər, tətbiqi seminarlar, siniflərdə məktəblilərlə söhbətlər, görüşlər təşkil olundu.

Şagirdlərə fövqəladə hallarda davranış qaydaları ətraflı izah olundu, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydaları öyrədildi.

Məktəblilər fövqəladə hadisələr zamanı düzgün reaksiya tədbirlərini və ilkin yardım üçün zəruri davranışları real şəkildə tətbiq edərək öyrəndilər.

XƏBƏRLƏR

Məktəblilər “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda tədqiqat layihəsini təqdim etdilər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində bu gün Rus bölməsi üzrə bütün VIII sinif şagirdlərinin iştirakı və Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabənin rəhbərliyi ilə “Ekoloji tarazlığın mühafizəsi və bərpası” mövzusunda tədqiqat layihəsi təqdim olundu. Layihə çərçivəsində məktəblilər komandalara bölünərək aşağıdakı mövzuları araşdırdılar:

1) Zibil qalaqlarının azaldılması;
2) Yaşıllaşdırma;
3) Su hövzələrinin təmizliyinin qorunması;
4) Havanın çirklənməsinin qarşısının alınması;
5) Yaşadığınız ərazilərin təmizliyi;
6) Şəhəri zəhərli qazlardan qorumaq üçün ictimai nəqliyyat vasitələrinin istifadəsində mümkün dəyişikliklər

Hər bir komanda iki həftə müddətində araşdırdıqları mövzu üzrə maketlər, məlumat broşürləri və plakatlar hazırladılar. Komandalar mövzu ilə bağlı öyrəndikləri məlumatları və əldə olunan nəticələri interaktiv təqdimat formatında maketlər əsasında təqdim etdilər.

Dərsdə mövzu ilə bağlı “Ekosistem nədir və necə qorunmalıdır?” mövzusunda diskussiya təşkil olundu.

Layihə rəhbəri: Kompleksin Biologiya, Həyat Bilgisi və STEAM müəllimi Səmədova Rübabə

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin 8-ci sinif şagirdləri və müəllimlər Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün keçirilən “açıq qapı” günündə iştirak etdilər

şərh yoxdu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin də iştirakı ilə “açıq qapı” günü keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına dəstək olmaq, habelə Nazirliyin müvafiq qurumlarının fəaliyyəti ilə onları yerində tanış etmək olub.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin 8-ci sinif şagirdləri və müəllimlər iştirak ediblər.

Əvvəlcə, Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon Yanğından Mühafizə Hissəsində olan məktəblilərə yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən keçirilən təlim məktəblilərin marağına səbəb olub. “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin seçilmiş əl işlərindən ibarət sərgi məktəblilərdə böyük təəssürat yaradıb.

Daha sonra məktəblilər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə səfər edərək, idarənin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə “112” qaynar telefon xəttinin təyinatı, fəaliyyət prinsipləri, qaynar xəttə müraciət üçün əsaslar barədə geniş məlumat verilib. Uşaqlar baş vermiş hadisə barədə qaynar xəttə zəngin daxil olması və hadisə barədə məlumatı qəbul edən əməkdaşın fəaliyyətini real şəraitdə izləyiblər. Həmçinin, məktəblilər tərəfindən “112” qaynar xəttinə zəngin edilməsi və zəngin qəbul edilərək aidiyyəti üzrə yönləndirilməsi imitasiya edilib.

Məktəblilərin maraqla iştirak etdiyi “açıq qapı” günündə şagirdləri maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq məktəblilər üçün Nazirliyin müxtəlif qurumlarında “açıq qapı” günləri keçirilir.

Ekskursiya rəhbəri: Rus bölməsi “8 a” sinif rəhbəri, Kompleksin Coğrafiya müəllimi Hüseynova Nailə

XƏBƏRLƏR

Azərbaycan bölməsi “7 a” sinif şagirdləri “ELM” muzeyində ekskursiyada oldular

şərh yoxdu

Azərbaycan bölməsi “7 a” sinif şagirdləri üçün “ELM” muzeyinə ekskursiya təşkil olundu.

Şagirdlər muzeydə mühəndis Elçin Abbasovun əl işləri və düzəltdiyi qurğularla tanış oldular. E.Abbasov qurğuların yaranma ideyaları haqqında məktəblilərə geniş məlumat verərək onların çalışma mexanizmlərini izah etdi.

Şagirdlərin böyük marağına səbəb olan ekskursiya zamanı məktəblilər elə bil elmlə dolu sehirli bir aləmə düşmüşdülər. Mühəndis şagirdlərin çoxsaylı suallarını əyani şəkildə nümunələr əsasında göstərərək cavablandırdı.

Ekskursiya rəhbəri: Azərbaycan bölməsi “7 a” sinif rəhbəri, Kompleksin Riyaziyyat müəllimi Həsənova Aygün

XƏBƏRLƏR

Azərbaycan bölməsi “3 c” sinifində “İdmanı sevək” mövzusunda “oyun-əsaslı öyrənmə” formatında xüsusi dərs

şərh yoxdu

Azərbaycan bölməsi “3 c” sinifində “İdmanı sevək” mövzusunda “oyun-əsaslı öyrənmə” formatında xüsusi dərs təşkil olundu.

Dərsin məqsədi məktəbliləri kiçik yaşlarından sağlam həyat tərzi və sağlam qidalanmaya təşviq etmək, onların bu mövzular haqqında məlumatlılığını təmin etməkdir. Dərs məktəblilərin böyük marağına səbəb oldu.

Pedaqoq: Səfərova Pakizə

XƏBƏRLƏR

Məktəb psixoloqu şagirdlərlə imtahana hazırlıq, imtahan həyəcanı və stressinin idarə olunması mövzularında söhbətlər apardı

şərh yoxdu

Bu gün məktəbimizdə VII siniflər üzrə monitorinq imtahanları təşkil olundu.

İmtahan başlamadan öncə 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən şagirdlərə imtahana hazırlıq, imtahan həyəcanı, stressinin idarə olunması ilə bağlı öz məsləhətlərini verdi. Psixoloq şagirdlərlə söhbətdə bildirdi ki, imtahan qabağı stress, depressiya, yorğunluq bir çoxlarının üzləşdiyi əsas problemlərdir. Bu kimi hallar şagirdlərin imtahanda göstərdiyi nəticələrə mənfi təsirsiz ötüşmür. Bütün bu problemlərdən maksimum yayınmaq üçün imtahan qabağı rahat yatmaq, pozitiv düşünmək və s. önəmlidir.

XƏBƏRLƏR

“Yer kürəsi bizim evimizdir” mövzusunda dərs

şərh yoxdu

Bu gün, “2 e” sinifində “Yer kürəsi bizim evimizdir” mövzusunda dərs keçirildi.

Dərsdə şagirdlərə ətraf mühitin sağlamlaşdırılmasının vacibliyi haqqında məlumat verildi. Birincilərimiz mövzu haqqında posterlər hazırladılar və öyrəndilər ki, bütün insanlar dünyamızı, Yer kürəmizi, öz yurdumuzu-yuvamızı qorumalı, ağaclar əkməli, yaşıllıqlara qulluq etməli, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləməlidirlər.

XƏBƏRLƏR

“Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici seminar keçirildi

şərh yoxdu

Aprelin 4-də 132-134 nömrəli Təhsil Kompleksinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici seminar keçirildi.

Seminar çərçivəsində məktəblilərlə görüşən Səadət Sarayının(Bakı nikah evi) müdir müavini İradə İsgəndərova və Səadət Sarayının (Bakı nikah evi) baş məsləhətçisi Kəmalə Mahmudova şagirdlərə erkən nikahın, o cümlədən qohumlar arasında və dini nikahların Azərbaycanın ailə genefonduna təsiri, bu mövzulardakı aktual problemlər, erkən nikahları meydana gətirən səbəblər, bu nikahların cəmiyyət üçün mənfi fəsadları haqqında ətraflı məlumat verdilər. Qeyd olundu ki, erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Vurğulandı ki, erkən nikah qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaradır və böyük fəsadlara yol açır.

Mövzu ətrafında müzakirə təşkil olundu, şagirdlər mövzu ilə bağlı fikirlərini bildirdilər, eyni zamanda məktəbliləri maraqlandıran suallar cavablandırıldı.

XƏBƏRLƏR

“Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı” mövzusunda “dəyirmi masa” keçirildi

şərh yoxdu

Aprelin 4-də 132-134 nömrəli Təhsil Kompleksində Aprel döyüşlərinin növbəti ildönümünə həsr edilmiş “Aprel döyüşləri: tarixi Zəfərin başlanğıcı” mövzusunda “dəyirmi masa” keçirildi. Rus bölməsi “9 ç” və “9 d” sinif şagirdlərinin iştirak etdiyi “dəyirmi masa”da məktəbliər Aprel döyüşləri, dörd günlük döyüşlərdə əldə olunan zəfərlər və Aprel şəhidlərinin igidliyi haqqında Azərbaycan və Rus dillərində təqdimatlarla çıxış etdilər. Vurğulandı ki, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Bu qələbə igid əsgərlərimizin işğal olunan torpaqlarımızın azad edilməsinə tam hazır olduğunu sübut etdi və Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı mənfur düşmən işğalından azad etməsi və Şanlı Zəfərimizin başlanğıcı oldu.

Məktəblilər “dəyirmi masa”da Aprel döyüşləri şəhidlərinin əziz xatirəsini yad etdilər, hər şagird Aprel döyüşlərinin bir qəhrəman şəhidinin həyat və döyüş yolu haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində hər bir şəhidin qəhrəmanlığı böyük nümunədir.

Pedaqoqlar: Kompleksin Tarix müəllimləri qabaqcıl təhsil işçisi Şıxəmirova Yelena Lvovna və Səfərəliyeva Sevinc 

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!