Bu gün 132-134 nömrəli Təhsil Kompleksində məktəb psixoloqları Quliyeva Aytən və Əhmədova İnarənin rəhbərliyi ilə bütün buraxılış IV siniflərdə psixo-diaqnostik test keçirildi.
Testin məqsədi, bu yaş qrupuna daxil olan məktəblilərin buraxılış imtahanı öncəsi diqqətinin mərkəzləşməsi və paylanmasını faiz etibarı ilə təyin edib onlara və müəllimlərinə lazımi psixoloji məlumatları ötürməkdir.