XƏBƏRLƏR

“İnsan və vətəndaş hüquqları” mövzularında maarifləndirici tədbirlər davam edir

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində “İnsan və vətəndaş hüquqları” mövzularında maarifləndirici tədbirlər davam edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bütün siniflərdə həm aşağı, həm yuxarı sinif şagirdləri ilə “Hüquqlarımızı bilək”, “İnsan hüquqları”, “İnsan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri”, “İnsan hüquqlarının müdafiəsi” və digər mövzularda söhbətlər təşkil edir. Psixoloqla söhbət zamanı məktəblilər insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, onlara əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkarlanması, pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələləri barədə maarifləndirilir.

“İnsan hüquqları aylığı” çərçivəsində məktəblərdə tədbirlərin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdır.

XƏBƏRLƏR

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü bayram tədbiri

şərh yoxdu

İyunun 1-də 132-134 nömrəli Təhsil Kompleksində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirildi.

Kompleksimizin şagirdləri tədbirdə rəngarəng musiqi nömrələri ilə çıxış etdilər, mahnılar və rəqslər ifa etdilər, bayramlarını qeyd etdilər.

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik edir, onlara xoşbəxt gələcək arzu edirik.