XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksində “Fransa günü” keçirildi

şərh yoxdu

Mayın 22-də 132-134 nömrəli Təhsil Kompleksində Fransız dili və Frankofoniya həftəsi çərçivəsində ənənəvi “Fransa günü” keçirildi. Tədbirdə Fransanın Azərbaycandakı Səfiri xanım Ann Buayon, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əskərov, APFAZ-ın sədri, Təhsil Problemləri İnstitunun fransız dili üzrə koordinatoru Gülbəniz Camalova, Bakı Dövlət Universitetinin Alman-Fransız kafedrasının dosenti Azelma Həsənova və dəvət olunan çoxsaylı qonaqlar iştirak etdilər.

Qonaqlar ilk öncə Təhsil Kompleksinin binası, dərs otaqları, Kompleksin tarix muzeyi, “Fransız modeli” siniflərində tədris prosesi ilə tanış oldular, Kompleks şagirdləri ilə Fransız dilində söhbət etdilər. Qonaqlar məktəblilərin kiçik yaşlardan başlayaraq Fransız dilində sərbəst və səlis danışdıqlarını məmnunluqla qeyd etdilər.

Daha sonra Kompleksin Akt zalında “Fransa günü” ilə bağlı tədbir keçirildi.

Tədbirdə ilk öncə Azərbaycanın və Fransanın dövlət himnləri səsləndirildi.

Tədbiri açıq elan edərək qonaqları salamlayan 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova hər il Frankofoniya həftəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində Fransanın Azərbaycandakı Səfirinin iştirakı ilə keçirilən “Fransa günləri”, Kompleksin Azərbaycan-Fransız Universiteti (UFAZ) və Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) ilə birgə fəaliyyəti, Kompleksdə Fransız dilinin öyrənilməsinə olan yüksək maraq və bu istiqamətdə görülən işlər, əldə olunan nailiyyətlər haqqında danışdı. Qeyd olundu ki, 132-134 nömrəli Təhsil Kompleksində 20 ildən çoxdur ki, Fransanın tarixinin və mədəniyyətinin öyrənilməsi, təbliği, müsbət təhsil təcrübəsinin tətbiqi ilə bağlı müxtəlif işlər görülür, uğurlu layihələr icra olunur. Direktor bu layihələr arasında Azərbaycanda ilk dəfə olaraq Avropa (Fransa) modeli olan “Ana məktəb” layihəsinin (The Maternal School) məhz Təhsil Kompleksi nəzdində fəaliyyətə başlamasını, Kompleksin 2011-ci ildən etibarən Fransanın məşhur “Ecole de Roshes” məktəbi ilə qardaşlaşmış məktəblər layihəsi çərçivəsində sıx əməkdaşlığını, “Ana məktəb” layihəsi üzrə Kompleksdə dərs deyən müəllimlərin və təhsil alan şagirdlərin dəfələrlə Fransaya səfərlərini xüsusi qeyd etdi.

Çıxış edən Fransanın Azərbaycandakı Səfiri xanım Ann Buayon bugünkü tarixi və əlamətdar gün münasibətilə 132-134 nömrəli Təhsil Kompleksinin bütün müəllim-şagird kollektivini təbrik etdi və bu tədbirdə iştirakından, Təhsil Kompleksinə gəlişindən, buradakı müsbət təhsil-tədris mühiti, məktəblilərlə söhbətlərindən məmnunluqla danışdı. Xanım Səfir Təhsil Kompleksinin tarixi ilə tanış olduğunu qeyd etdi və bildirdi ki, XIX əsrdən fəaliyyətə başlayan və 160 ildən çoxdur ki, uğurla fəaliyyət göstərən, zəngin tarixi olan bu təhsil ocağında Fransız dilinin öyrənilməsi, Fransanın tarixi, dili, mədəniyyətinin təbliği ilə bağlı görülən işlər təqdirəlayiqdir. Təhsil Kompleksinin ona Fransanın böyük tarixi liseylərini xatırlatdığını vurğulayan xanım Ann Buayon Kompleks şagirdlərinin kiçikdən-böyüyə Fransız dilində gözəl danışmasından və burada Fransaya olan maraqdan çox razı qaldığını qeyd etdi.

Çıxışlarda Azərbaycan-Fransa diplomatik əlaqələrinin inkişafı, 132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycanda Fransız dilinin inkişafı istiqamətində gördüyü işlər və bu fəaliyyətə mühüm töhfələrindən bəhs edildi. Kompleksin şagirdlərinin müxtəlif layihə və müsabiqələrdə Fransanın tarixi, dili, mədəniyyətinin təbliği ilə bağlı gözəl çıxışları xüsusi vurğulandı.

Tədbirin bədii hissəsində Təhsil Kompleksinin şagirdləri Fransa mədəniyyətinin müxtəlif nümunələrinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər, Fransız dilində mahnılar oxudular, şerlər səsləndirdilər, səhnəciklər nümayiş etdirdilər, eyni zamanda Azərbaycanla bağlı mahnılar oxudular və səhnədə Azərbaycan-Fransa dostluğu və mədəni əməkdaşlığının əyani nümunəsini göstərdilər.

132-134 nömrəli Təhsil Kompleksində keçirilən “Fransa günü” xoş təəssüratlar, rəngarəng səhnəciklər, məktəblilərin maraqlı çıxışları və gələcək əməkdaşlıq üçün yeni perspektiv planların yaranması ilə yadda qaldı.

XƏBƏRLƏR

Yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici dərslər

şərh yoxdu

“Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nın icrası ilə bağlı 2022-2023-cü tədris ilində Təhsil Kompleksində yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici dərslər davam etdirilmişdir.

Dərslər çərçivəsində müəllimlər yol hərəkəti qaydalarının izahı zamanı məktəblilərə yol hərəkət qaydalarının daha yaxşı qavranılmasına kömək edəcək yardımçı tədris vasitələrindən istifadə etmişdir. Mövzu ətrafında müzakirələr aparılmış və şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

XƏBƏRLƏR

Azərbaycan bölməsi “6 a” sinif şagirdləri üçün şokolad fabrikinə ekskursiya təşkil olundu

şərh yoxdu

Azərbaycan bölməsi “6 a” sinif şagirdləri “Ulduz” Şokolad Fabrikində ekskursiyada oldular.

Ekskursiya çərçivəsində fabrikin əməkdaşları məktəblilərə şokoladın tarixi, hazırlanma texnologiyası, qida təhlükəsizliyi, fabrikdəki avadanlıqlar və istehsalat prosesi barədə geniş məlumat verdilər.

Şagirdlər fabrikdə istehsalat sahəsinə daxil olmaq üçün təhlükəsizlik və istahsalat sahəsində təmizlik və gigiyena qaydalarına riayət etmək qaydalarını öyrəndilər, fabrikdəki avadanlıqlar və istehsalat prosesi ilə yaxından tanış oldular.

Ekskursiya rəhbəri: Azərbaycan bölməsi “6 a” sinif rəhbəri, Kompleksin Riyaziyyat müəllimi Həsənova Aygün

XƏBƏRLƏR

Azərbaycan bölməsi “6 a” sinif şagirdləri Yanardağ Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunda ekskursiyada oldular

şərh yoxdu

Azərbaycan bölməsi “6 a” sinif şagirdləri üçün Yanardağ Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya təşkil olundu.

Ekskursiya zamanı şagirdlər Yanardağ qoruğunu gəzdilər, yaşı bilinməyən möcüzəvi Yanardağla, eləcə də bu ərazidə Qurd yuvası, min yaşı olan iki qəbirsanlıq və qədim məscid, Qırməki vadisi ilə yaxından tanış oldular.

Ekskursiya rəhbəri: Azərbaycan bölməsi “6 a” sinif rəhbəri, Kompleksin Riyaziyyat müəllimi Həsənova Aygün

XƏBƏRLƏR

Rus bölməsi “1 d” sinif şagirdləri üçün Azərbaycan Milli Xalça Muzeyində ekskursiya təşkil olundu

şərh yoxdu

Rus bölməsi “1 d” sinif şagirdləri Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular və burada nümayiş olunan Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycan xalqının tarixini, mədəniyyətini əks etdirən bədii sənət nümunələri ilə tanış oldular.

Ekskursiyada böyük maraqla iştirak edən məktəblilər muzeyin kolleksiyaları və milli-mədəni irsimizin qorunmasının önəmi barədə yeni və maraqlı məlumatlar əldə etdilər.

Ekskursiya rəhbəri: Rus bölməsi “1 d” sinif rəhbəri Qurbanova Nərgiz

XƏBƏRLƏR

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Kompleksimizin ibtidai sinif şagirdləri Azərbaycan Milli Xalça Muzeyində və Şirvanşahlar Sarayı Kompleksində ekskursiyalarda oldular

şərh yoxdu

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Kompleksimizin ibtidai sinif şagirdləri üçün Azərbaycan Milli Xalça Muzeyində və Şirvanşahlar Sarayı Kompleksində ekskursiyalar təşkil olundu.

Şagirdlərimizin böyük marağına səbəb olan ekskursiyalar zamanı məktəblilər həm Azərbaycan Milli Xalça Muzeyinin zəngin kolleksiyaları və sərgiləri ilə tanış oldular, həm də Azərbaycanda xalçaçılıq sənəti və qədim Azərbaycan xalça nümunələri barədə yeni biliklər əldə etdilər.

Rus bölməsi “2 c” sinif şagirdləri Şirvanşahlar Sarayı Kompleksində ekskursiyada oldular.

Ekskursiya zamanı məktəblilərə tarixi abidə və Muzeyin kolleksiya fondunda nümayiş olunan eksponatlar, eləcə də Şirvanşahlar Sarayında yaşamış tarixi şəxsiyyətlər və burada baş verən hadisələr barədə ətraflı məlumat verildi. Şagirdlər Muzeydə tariximizin müxtəlif dövrlərinə aid silah və sikkələr, məişət və bəzək əşyaları, qədim yaşayış kompleksinin ayrı-ayrı otaqları və bölmələri ilə yaxından tanış oldular.

Məktəblilər üçün bu formatda ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.

Foto: Rus bölməsi “1 a”, “1 b”, “2 a”, “2 c” və “3 a”

Ekskursiya rəhbərləri, pedaqoqlar: Nağıyeva İradə, Çeçkina Tatyana, Quliyeva Lalə, Qəniyeva Sevda, Qazıyeva Gülər

XƏBƏRLƏR

Rus bölməsi “2 a” sinif şagirdləri Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular

şərh yoxdu

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Rus bölməsi “2 a” sinif şagirdləri Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular.

Ekskursiya çərçivəsində məktəblilər Azərbaycan Milli Xalça Muzeyinin daimi ekspozisiyalarında nümayiş olunan nadir sənət nümunələri ilə tanış oldular və Azərbaycan xalçalarının tarixi, bədii xüsusiyyətləri və toxunma texnologiyaları barədə ətraflı məlumat əldə etdilər.

Ekskursiya rəhbəri: Rus bölməsi “2 a” sinif rəhbəri Quliyeva Lalə

XƏBƏRLƏR

Məşhur və tarixi “Murzilka” jurnalının 99 illik yubileyi münasibətilə xüsusi dərs

şərh yoxdu

Bu gün məşhur uşaq ədəbi və incəsənət jurnalı “Murzilka” jurnalının 99 illik yubileyi tamam olur. 16 may 1924-cü ildən nəşr olunan və əsasən ibtidai sinif şagirdlərinə ünvanlanan jurnal ən uzun nəşr müddəti olan uşaq dərgisi kimi Guinness Rekorlar Kitabına daxil edilib. Uşaqlar üçün “Murzilka” jurnalının əsas fərqləndirici xüsusiyyəti yüksək keyfiyyətli uşaq ədəbiyyatı nümunələrini təqdim etməsidir.

Bu gün rus bölməsi “2 c” sinifində məşhur və tarixi jurnalın 99 illik yubileyi münasibətilə xüsusi ““Murzilka” – rus uşaq ədəbiyyatının güzgüsüdür” mövzusunda dərs təşkil olundu. Məktəblilər jurnalın tarixi, zəngin arxivi, məşhur redaktorları ilə tanış oldular və öyrəndilər ki, ədəbi jurnallar oxucularla yazıçılar arasında bağdır. Bir çox nəsil uşaq üçün “Murzilka” jurnalı ədəbiyyat dərsliklərinə əlavə xidmətlər göstərib. Jurnalın daimi başlıqları maraqlı, məlumatlandırıcı materiallarla doludur, oyunlar, tapmacalar, rebuslar, krossvordlar, rəngləmə və evdə hazırlanan məhsullar var. Jurnal oxucularını məşhur uşaq yazıçıları, illüstratorlar və onların əsərləri ilə tanış etmək kimi gözəl bir ənənəyə malikdir və bu müsbət tarixi ənənə uğurla davam edir.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Məktəb psixoloqu “Uşaq hüquqları” mövzusunda maarifləndirici təşkilat saatları keçirir

şərh yoxdu

Uşaq psixologiyasının formalaşmasında ailənin, ailənin olduğu qədər məktəbin və müəllimin rolu var. Günün yarısını məktəbdə keçirən şagirdə sinif yoldaşlarının, onunla bərabər yuxarı və aşağı siniflərdə təhsil alan uşaqların mümkün təsirini görməzdən gəlmək mümkün deyil. Təhsil mühiti uşağın davamiyyətinə, təhsilinə və hətta bütövlükdə həyatına təsir göstərir.

132-134 nömrəli Təhsil Kompleksində psixoloji xidmətin səviyyəsini artırmaq üçün ibtidai siniflərdən başlayaraq bütün yaş qrupları üzrə siniflərdə məktəblilərlə xüsusi məsləhət saatları keçirilir, Kompleksin psixoloqları şagirdlərlə ünsiyyətdə olurlar. Bu zaman diaqnostik işlər aparılır, şagirdin sinif yoldaşları ilə qarşılıqlı münasibətləri, uşağın məktəbə hazırlığı, ibtidai məktəbdən orta məktəbə keçməyə hazırlıq və s. məsələlərin keyfiyyətlə həll olunmasına nail olunur.

Bu gün, Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bir çox ibtidai siniflərdə oldu, məktəblilərlə görüşdü və onlarla “Hüquqlarımızı bilək”, “Uşaq hüquqları”, “Dostluq” mövzusunda maarifləndirici, profilaktik məsləhətlər keçirdi. Söhbət zamanı məktəblilər həmyaşıdları ilə münasibətləri, bu zaman yaranan dostluqlar və mümkün çətinlikləri müəyyən etməyə çalışdılar, münasibətlərdə yaranan çətinliklər üzərində fərdi və qrup qaydada işləməyi öyrəndilər.