XƏBƏRLƏR

“İdman Həftəsi”nin bağlanış tədbiri və qaliblərin mükafatlandırılma mərasimi keçirildi

şərh yoxdu

Martın 3-də 132-134 nömrəli Təhsil Kompleksində 27 fevral-3 mart tarixlərində keçirilən “İdman Həftəsi”nin bağlanış tədbiri və həftə çərçivəsində keçirilən yarışların qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

Mükafatlandırma mərasimində İdman Həftəsi çərçivəsində Kompleksdə keçirilən bütün yarışların – 7-ci sinif şagirdləri arasında “Ən sürətli şagird” qaçış yarışı, 5 və 6-cı sinif şagirdləri arasında “Şən startlar” estafet yarışlarının, 8-ci siniflər və yığma 7-ci sinif şagirdləri arasında Basketbol yarışı, futbol, voleybol, şahmat, qol güləşi yarışması və digər müsabiqələr üzrə müxtəlif nominasiyaların qalibləri mükafatlandırıldı.

Tədbirdə Kompleksin I-IV sinif şagirdləri gimnastika nümunələri və milli rəqslərlə çıxış etdilər.

Bütün şagirdlərimizi İdman Həftəsindəki uğurlu çıxışları münasibətilə təbrik edir və şagirdlərimizə gələcəkdə yeni-yeni təhsil və idman uğurları arzu edirik.

XƏBƏRLƏR

Rus bölməsi “3 a” sinif şagirdlərinin iştirakı ilə maraqlı dərs

şərh yoxdu

Rus bölməsi “3 a” sinif şagirdləri Rus dili dərsində “İsmin hallarının təyin edilməsi” mövzusunu maraqlı üsulla öyrəndilər.

Məktəblilər üçün həmişə çətin olan bu mövzunu oyunəsaslı metodla öyrənən şagirdlər həm əyləndilər, həm məsələyə yaradıcı yanaşdılar, həm də ismin düzgün halını təyin etməyi, o hala aid sözü tapmağı və bu sözlə ismə sual verməyi öyrəndilər.

Pedaqoq: Qaziyeva Gülər 

XƏBƏRLƏR

“İngilis dili” fənn kafedrası müəllimlərinin iştirakı ilə “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa”

şərh yoxdu

Martın 1-də Təhsil Kompleksinin “İngilis dili” fənn kafedrası müəllimlərinin iştirakı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş “Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli” mövzusunda “dəyirmi masa” keçirilib.

“Dəyirmi masa” ətrafında mövzu ilə əlaqədar geniş müzakirə və fikir mübadiləsi aparılıb, fənn müəllimləri görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə Azərbaycanda bütün sahələrin inkişafında misilsiz rolundan, uğurlu daxili və xarici siyasətindən bəhs etdikləri təqdimatlarla çıxış ediblər. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən və milli mənafelərə əsaslanan xarici siyasət kursunun nailiyyətləri, Ulu Öndərin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin diplomatik siyasətinin uğurları və Azərbaycanın ildən-ilə artan qüdrəti, Vətən müharibəsində xalqımızın qələbəsini şərtləndirən çoxsaylı amillər vurğulanıb.

“Dəyrimi masa” iştirakçıları dahi şəxsiyyət haqqında bir-birindən maraqlı xatirələrini bölüşüb, Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəsil və məktəblilər arasında təbliğinin daha da genişlənməsi üçün rəy və təkliflərini bildiriblər.

XƏBƏRLƏR

Məktəb psixoloqu ibtidai sinif şagirdləri ilə “İdman – Sağlam həyat” mövzusunda söhbətlər təşkil edir

132-134 nömrəli Təhsil Kompleksində məktəblilər arasında sağlam həyat tərzinin təbliği və hər idman növünün spesifik xüsusiyyətləri haqqında maarifləndirmə işləri mütəmadi davam etdirilir.

“İdman Həftəsi” çərçivəsində Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən ibtidai sinif şagirdləri ilə “İdman – Sağlam həyat” mövzusunda söhbətlər təşkil edir. Söhbət zamanı məktəb psixoloqu sağlamlıq, gigiyena qaydaları, idmançıların psixoloji hazırlığı, yarış anı və yarış sonrası, qalibiyyət və məğlubiyyət, beyin fiziologiyası ve idmançı performansı, empatiya ve idman, hədəfə istiqamətlənmə mövzularında şagirdlərə məlumat verir və onların suallarını cavablandırır.

Məktəblilər məktəb psixoloqu ilə görüşlərdə maraqla iştirak edir, həm öyrənir, həm də əylənirlər.