XƏBƏRLƏR

Azərbaycan bölməsi “7 b” sinifinin Təşkilat saatı dərsi görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olundu

şərh yoxdu

Aprelin 14-də Azərbaycan bölməsi “7 b” sinifində Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunan xüsusi dərs təşkil olundu.

Təhsil Kompleksinin Biologiya müəllimi Məlahət Məmmədovanın rəhbərliyi ilə təşkil olunan dərsdə məktəblilər görkəmli alim, taleyinə müstəsna xidmətlər yazılan vəfalı həyat yoldaşı və qayğıkeş ananın keçdiyi şərəfli ömür yoluna həsr olunmuş təqdimatlarında dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər barəsində çıxışlar etdilər, dünya oftalmologiya elminin tanınmış siması olan Zərifə xanım Əliyevanın həyat yolu və şərəfli həkimlik peşəsinə həsr olunan həsr olunan şeirlər səsləndirdilər və səhnəciklər nümayiş etdirdilər.

XƏBƏRLƏR

Məktəb psixoloqu “Azərbaycan dilində düzgün mütaliə üsulları” mövzusunda dərs təşkil etdi

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytənin rəhbərliyi ilə bu gün Azərbaycan bölməsi “3 a” sinifində “Uşaqlarda diqqətin korreksiyası üsulları: Azərbaycan dilində düzgün mütaliə” mövzusunda dərs keçirildi.

Dərsdə məktəb psixoloqu uşaqlarda mütaliəyə marağı və diqqətin davamlılığını artıran, beynəlxalq təcrübədən keçmiş, oyun xarakterli müxtəlif üsulların tətbiq olunduğu diqqətin korreksiyası ilə bağlı müəyyən situasiyalardan ibarət qrup işləri təşkil etdi. Daha sonra məktəblilərin qrup işlərinin təqdimatları dinlənildi və situsasiyalar üzrə problemlərin həllində istifadə olunan metodların səmərəliliyi üzə çıxarıldı.

XƏBƏRLƏR

12 Aprel Beynəlxalq Kosmonavtika Günü – Rus bölməsi “1 e” sinifi

şərh yoxdu

12 Aprel – Beynəlxalq Kosmonavtika Günü münasibətilə bu gün Rus bölməsi “1 e” sinifində Rus dili, Həyat bilgisi və Texnologiya fənlərinin inteqrativ dərsi təşkil olundu.

Dərsdə məktəblilər maraqlı təqdimatlarla çıxış etdilər, kosmonavtika və kosmos mövzularında hazırladıqları maketləri, çəkdikləri rəsmləri nümayiş etdirdilər.

Pedaqoq: Məmmədova Səriyyə 

XƏBƏRLƏR

Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunan “Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi” mövzusunda seminar təşkil olundu

şərh yoxdu

Hazırda bəşər cəmiyyətinin qarşısında duran bütün problemlərin həllində Dayanıqlı İnkişaf Məqsədləri mühüm rol oynayır. Dayanıqlı inkişafda əsas məqam bugünkü nəslin ehtiyaclarını təmin edərkən gələcək nəsil üçün problem yaratmamaqdır. Bu baxımdan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması yolları cəmiyyətdə, o cümlədən yeniyetməlik yaşından etibarən gənclər arasında ətraflı müzakirə edilməli, bu sahədə dövlətlərarası əməkdaşlıq gücləndirilməlidir.

Dayanıqlı inkişafın 4-cü məqsədi “İnklüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etmək”, 8-ci məqsəd isə “İnklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu təbliğ etmək” məsələləridir. Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Bu gün 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Aytən Quliyevanın rəhbərliyi ilə 9-cu sinif şagirdləri olan qızlar üçün universal təhsil məqsədlərinə həsr olunan “Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi” mövzusunda seminar təşkil olundu. Seminarda Azərbaycanda təhsildə, elmdə gender bərabərliyindən, ölkəmizdə bu sahədəki vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıldı. Qeyd olundu ki, bütün gənclərin genderdən asılı olmayaraq keyfiyyətli təhsilə azad, bərabər çıxış imkanının, savadlanmasının təmin edilməsi, məşğulluq, layiqli əmək və sahibkarlıq fəaliyyəti üçün məqbul texniki və peşə vərdişlərinə malik olan gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması Dayanıqlı İnkişaf Məqsədlərində gənclərlə bağlı əsas hədəflər kimi müəyyən edilib. Bu gün ölkəmizdə qadınların bütün sahələrdə inkişafına, o cümlədən elmi fəaliyyətdə uğur qazanmasına xüsusi diqqət yetirilir.

Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında gənclərin imkanları, o cümlədən təhsildə və elmdə qadın və qızların rolu, onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi ilə bağlı anket sorğusu aparıldı, gənclərin bu mövzu ilə bağlı fikirləri öyrənildi və gəncləri maraqlandıran suallar cavablandırıldı.

XƏBƏRLƏR

2 aprel – Beynəlxalq Uşaq Kitabı günü münasibətilə məktəbin kitabxanalarında uşaq hüquqlarına həsr olunan xüsusi dərs təşkil olundu

şərh yoxdu

Bu gün Rus bölməsi “2 c” sinif şagirdləri 2 aprel – Beynəlxalq Uşaq Kitabı günü münasibətilə Təhsil Kompleksinin kitabxanalarını ziyarət etdilər və uşaq hüquqlarına, multikulturalizm dəyərlərinə, kitablara, kitabxanalara, kitab oxumağın insan həyatındakı roluna həsr olunan “Kitab keçmişi qoruyur, kitabxana isə gələcəyi formalaşdırır” adlı xüsusi dərsdə iştirak etdilər. “2 c” sinif rəhbəri, pedaqoq Sevda Qəniyevanın rəhbərliyi ilə təşkil olunan dərsdə məktəblilər uşaq hüquqları, insan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, kitablar və kitab oxumağın əhəmiyyəti haqqında təqdimatlarla çıxışlar etdilər və mövzu ilə bağlı hazırladıqları posterləri təqdim etdilər.

Kompleksin kitabxanaçıları yeni oxucularına kitabxanalarımızda qorunan zəngin Azərbaycan və dünya ədəbiyyatı nümunələri haqqında məlumat verdiləri, həmçinin balacalarımızı kitabxana qaydaları ilə tanış etdilər.

İnteraktiv formatda təşkil olunan dərs məktəblilərin böyük marağına səbəb oldu.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Məktəb psixoloqu IB siniflərində uşaqların yaş dövrünə uyğun xarakter tiplərinin müəyyənləşdirilməsi üzrə mütəmadi konsultativ işlər təşkil edir

şərh yoxdu

Kiçik məktəb yaşı idrak proseslərinin intensiv inkişafı və keyfiyyətcə dəyişməsi, uşaqlarda şəxsiyyət formalaşması dövrüdür. Bu yaşlarda uşaqlarda xarakter formalaşır, onlar şüurlu və iradəli şəkildə davranmağa başlayırlar. Uşaq tədricən psixi prosesləri mənimsəyir, qavrayış, diqqət və yaddaşı idarə etməyi öyrənir. Məktəblilər həmyaşıdları, müəllimləri ilə yeni münasibətlər, yeni fəaliyyət növlərinə daxil olur. Bütün bunlar insanlar, kollektiv, öyrənmə fəaliyyəti və onlarla əlaqəli yeni münasibətlər sisteminin formalaşdırılması və möhkəmləndirilməsinə həlledici təsir göstərir, uşaqlarda bu yaşlarda xarakter və iradə formalaşır, maraq dairəsi genişlənir və yeni bacarıqlar inkişaf edir.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən ingilis bölməsi IB siniflərində uşaqların yaş dövrünə uyğun xarakter tiplərinin müəyyənləşdirilməsi, təlim fəaliyyətinin müvəffəqiyyəti və uşaqların sağlam psixoloji səviyyəsinin diaqnostikası üzrə şagirdlərlə ingilis dilində mütəmadi konsultativ işlər təşkil edir, məktəblilərlə profilaktik söhbətlər aparır.

XƏBƏRLƏR

Şagirdlərimiz Qazaxıstanlı məktəblilərlə birlikdə onlayn “Xoş gəldin, Novruz” tədbirində iştirak etdilər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “3 d” sinif şagirdləri Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının Qazaxıstan Respublikası Almatı şəhəri S.Beqalin adına Mərkəzi şəhər Uşaq Kitabxanası ilə birlikdə keçirdiyi “Xoş gəldin, Novruz” adlı onlayn tədbirdə iştirak ediblər.

Onlayn görüşdə Qazaxıstanın Almatı şəhəri Kokil məktəbinin 3-cü sinif şagirdlərinin iştirakı ilə təşkil olunub.

Tədbirdə Azərbaycan və Qazaxıstan xalqlarının adət-ənənləri haqqında məlumat verilib, məktəblilər öz adət-ənənələrinə uyğun sənət nümunələri ilə çıxışlar edib, rəqslər, mahnılar, şerlər ifa ediblər.

Tədbirdə Azərbaycan məktəbliləri tərəfindən hazırlanaraq gözəl səhnə tərtibatında təqdim olunan “Bahar guşəsi”, bəzənmış Novruz xonçaları, “Səmənilər” qazaxıstanlı şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Pedaqoq: Rus bölməsi “3 d” sinif rəhbəri Cəfərova Gülnarə