XƏBƏRLƏR

Rus bölməsi “2 c” sinifində “Sağlam planet məndən başlayır” mövzusunda dərs

şərh yoxdu

Yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən “Beynəlxalq Yer günü” münasibətilə Rus bölməsi “2 c” sinifində “Sağlam planet məndən başlayır” mövzusunda dərs təşkil olundu.

Dərs planetimizin ekoloji baxımdan qorunması, ətraf mühitin mühafizəsi və bu işdə məktəblilərin bilavasitə iştirakı, həmçinin onların ekoloji maarifləndirilməsi mövzusuna həsr olunub. Məktəblilər mövzu ilə bağlı müstəqil iş formatında fikirlərini ifadə edərək, planetimizin qorunması və çiçəklənməsi üçün təkliflər fikirləşiblər.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Beynəlxalq Yer Kürəsi Günü münasibətilə “Yer kürəsinin modeli” maketlər müsabiqəsi

şərh yoxdu

22 Aprel – Beynəlxalq Yer Kürəsi Günü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksində Biologiya, Həyat Bilgisi və Steam müəllimləri Rübabə Səmədova və Lalə Əliyevanın rəhbərliyi ilə Rus bölməsi bütün 6-cı siniflər arasında “Yer kürəsinin modeli” maketlər müsabiqəsi keçirildi. Müsabiqədə “6 a”, “6 b”, “6 c”, “6 d” və “6 e” sinif şagirdləri iştirak etdilər.

Məktəblilər hazırladıqları maketlərdə ətraf mühitin çirkləndirilməsi ilə mübarizə və canlı aləmin qorunub saxlanmasının önəminə diqqət çəkdilər. Maketlərdə şagirdlərin Yer kürəsinin çiçəkli dünya olması arzuları əks olundu.

XƏBƏRLƏR

Rus bölməsi “1 e” sinifində “Yer kürəsi bizim evimizdir” mövzusunda dərs

şərh yoxdu

22 aprel – “Beynəlxalq Yer günü” münasibətilə Rus bölməsi “1 e” sinifində “Yer kürəsi bizim evimizdir” mövzusunda dərs keçirildi.

Dərsdə şagirdlərə ətraf mühitin sağlamlaşdırılmasının vacibliyi haqqında məlumat verildi. Birincilərimiz mövzu haqqında posterlər hazırladılar və öyrəndilər ki, bütün insanlar dünyamızı, Yer kürəmizi, öz yurdumuzu-yuvamızı qorumalı, ağaclar əkməli, yaşıllıqlara qulluq etməli, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləməlidirlər.

Pedaqoq: Məmmədova Səriyyə

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin komandası “Gələcək Burada Başlayır” məktəb simpoziumunda “ƏN YAXŞI BİZNES İDEYASI” nominasiyasının qalibi olub

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin komandası Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Gələcək Burada Başlayır” məktəb simpoziumunda “ƏN YAXŞI BİZNES İDEYASI” nominasiyasının qalibi olub.

İqlim dəyişikliyinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumu gənc nəsli iqlim dəyişikliyi fəaliyyətlərinə təşviq etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, Avropa İttifaqı (Aİ), Yaşıl İqlim Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Simpoziumda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Avropa Birliyi və BMTİP-nin nümayəndələri “Gələcək Burada Başlayır” mövzusunda məktəb müsabiqəsinin iştirakçılarının hazırladığı layihələrlə tanış olublar.

Müsabiqədə 13 dövlət və özəl məktəblərində təhsil alan 100-ə yaxın məktəbli iştirak edib. Yuxarı sinif şagirdləri iqlim dəyişikliyi ilə əlaqəli problemləri aradan qaldırmaq üçün yeni həll yolları tapmaqda maraqlı olduqlarını bildirib və asanlıqla həyata keçirilə bilən müxtəlif layihələri təqdim ediblər.

Kompleksimiz simpoziumda Biologiya, Həyat Bilgisi və Steam müəllimi Rübabə Səmədovanın mentorluğu ilə hazırlanan “Zero Green” layihəsi ilə çıxış edib.

XƏBƏRLƏR

Azərbaycan bölməsi “3 c” sinif şagirdləri üçün Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil olundu

şərh yoxdu

Azərbaycan bölməsi “3 c” sinif şagirdləri bu gün Azərbaycan dili dərsində “Odlar Yurdu Azərbaycan” adlı mövzunu öyrəndilər və məktəblilər üçün dərs çərçivəsində Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil olundu.

Ekskursiya çərçivəsində məktəblilər Azərbaycanda dövlətçilik tarixi, “Şirvanşahlar dövləti” və Şirvanşahlar sarayının tarixi, sarayın daxilində nümayiş olunan stendlər və eksponatlarla yaxından tanış oldular.

Pedaqoq: Qurbanova Törə 

XƏBƏRLƏR

Rus bölməsi “3 b” sinif şagirdləri “Lüğət sözləri” adlı maraqlı layihə təqdim etdilər

şərh yoxdu

Rus bölməsi “3 b” sinifinin şagirdləri bu gün Rus dili dərsində “Lüğət sözləri” adlı maraqlı layihə təqdim etdilər.

“Müstəqil iş” formatında hazırlanan layihədə şagirdlər seçdikləri lüğət sözləri haqqında hazırladıqları posterləri, söz haqqında fikirləşdikləri maraqlı tapmacaları təqdim etdilər.

“3 b” sinif şagirdi Babayev Elmir “Kəndimiz” sözü üçün hazırladığı təqdimatla sinif yoldaşları qarşısında çıxış etdi.

İnteraktiv formada keçirilən dərsdə bütün şagirdlər yaxından iştirak etdilər və hər kəs bir-birindən yeni məlumatlar öyrəndi.

Pedaqoq: Məmmədxanova Mehriban 

XƏBƏRLƏR

Sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirici dərs

şərh yoxdu

Azərbaycan bölməsi “7 a” sinifində Kompleksin Biologiya müəllimi Könül Əliyevanın rəhbərliyi ilə su ehtiyatlarının idarə olunması, sudan qənaətli və səmərəli istifadə ilə bağlı maarifləndirici dərs keçirildi. Dərsdə məktəblilər suyun insan həyatındakı rolu, susuzluğun cəmiyyətdə yaratdığı fəsadlar haqqında hazırladıqları təqdimatlarla çıxış etdilər.

Şagirdlərə evdə və məktəbdə su ehtiyyatlarından səmərəli istifadə etmələri, artıq su israfına yol verməmələri tövsiyyə edildi.

XƏBƏRLƏR

Mülki Müdafiə mövzusunda xüsusi dərslər

şərh yoxdu

Aprelin 14-də 132-134 nömrəli Təhsil Kompleksində Mülki Müdafiə mövzusunda maarifləndirici-öyrədici tədbirlər, xüsusi dərslər təşkil olundu, şagirdlərə fövqəladə hallarda davranış qaydaları ətraflı izah olundu.

Məktəblilər dərslərdə fövqəladə hal anlayışı, mülki müdafiə, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, ilkin tibbi yardım və “112” zəng xidmətindən istifadə haqqında məlumatlandırıldılar.

Foto: Azərbaycan bölməsi “2 c” sinifi (Pedaqoq: Səfərova Pakizə), Rus bölməsi “2 e” sinifi  (Pedaqoq: Babazadə Töhfə)